Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:12
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

19:16 16.11.2020

Ermənistan XİN: ‘Şuşanın qaytarılması danışıqlar prosesinə heç vaxt daxil olmayıb’

Ermənistan XİN-in sözçüsü Anna Haqdalyan noyabrın 16-da deyib ki, “bu məsələ sülh prosesinin heç bir sənədində əksini tapmayıb”.

AzadlıqRadiosu Erməni xidmətinin məlumatına görə Naqdalyan deyib ki, “sülh prosesinin hər hansı mərhələsində Şuşanın Azərbaycana qaytarılması məsələsi olmayıb”.

Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 16-da AzadlıqRadiosuna deyib:

“Bunu anlamaq çox vacibdir ki, biz müharibədən imtina edə bilərdikmi? Bəli, əgər Şuşa da daxil 7 rayonu Azərbaycana qaytarmağa razılaşsaydıq...”

18:40 16.11.2020

Putin və Makron Dağlıq Qarabağı müzakirə ediblər

Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.

Kremlin məlumatında xatırladılır ki, Rusiya və Fransa ABŞ-la yanaşı ATƏT-in Minsk qrupunun üzvləridirlər.

Bu da xəbər verilir ki, Vladimir Putin fransalı həmkarına Rusiya tərəfinin Dağlıq Qarabağdakı fəal vasitəçiliy barədə müfəssəl məlumat verib.

Rusiya prezidenti bildirib ki, məhz bu fəaliyyət nəticəsində qan tökülməsinin və yeni qurbanlar verilməsinin qarşısı alınıb.

Putin Makrona habelə Rusiya kontingentinin Laçın rayonundakı təmas xətti boyunca sülhməramlı fəaliyyətindən danışıb.

Bu da qeyd edilib ki, Azərbaycan və Rusiya prezidentləri, habelə Ermənistanın baş naziri arasında əldə olunmuş atəşkəs razılaşmasına tam əməl edilir və regionda ümumən stabillik yaranıb.

Xəbərdə deyilir ki, Minsk qrupunun həmsədri olan ölkələr – Rusiya, Fransa və ABŞ təxirəsalınmaz humanitar məsələlərin həllinə, qaçqınların daimi yaşayış yerlərinə qayıtmasına, infrastrukturun bərpasına, xristian məbəd və monastrlarının qorunub saxlanmasına dəstək verməyə hazır olduqlarını bildiriblər.

Rusiya prezidenti bildirib ki, sırf bu məqsədlər üçün Rusiya humanitar dəstək mərkəzi yaradılır.

Tərəflər habelə terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlıq edəcəklərini bir daha təsdiqləyiblər.

16:37 16.11.2020
Kəlbəcərin təhvil verilməsi noyabrın 25-ə qaldı
Gözlə

No media source currently available

0:00 0:03:02 0:00

16:35 16.11.2020

Laçından Xankəndinə yol açılır

Dağlıq Qarabağa əhalinin qayıtması çox yaxşı tempə çatıb. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün parlamentdə çıxışında deyib. O qeyd edib ki, son bir həftədə gündəlik qayıdanların sayı mini keçib və bu temp artır.

Baş nazirin sözlərinə görə, yaxın vaxtlarda görüləsi ən vacib iş qarabağlıların Qarabağa qayıdışına kömək etmək, evləri və infrastrukturu, iqtisadiyyatı bərpa etməkdir.

"Yaxın günlərdə, ola bilsin, günü bu gün Laçın dəhlizindən Stepanakertə (Xankəndi) yolun açılması gözlənir və o, fasiləsiz işləyəcək", - deyən Paşinyan əlavə edib ki, bu, azad kommunikasiyaya sözsüz töhfə verəcək.

Davamı

XS
SM
MD
LG