Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:39
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

16:57 17.11.2020

Peskov: "Minsk qrupundakı tərəfdaşlarımıza izahat lazımdırsa..."

Dağlıq Qarabağda atəşkəsin əsas nəticəsi odur ki, toplar susur və adamlar ölmür. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyir. O, Dağlıq Qarabağda atəşkəsin ilk bir həftəsini dəyərləndirib.

Türkiyənin Qarabağ münaqişəsində rolunun detalları ilə bağlı Vaşinqton və Parisin gözləntilərinə gəlincə, Peskov ABŞ Dövlət Departamentinin bu bəyanatını şərh etməyib.

"Həmsədrlərin Türkiyə Respublikası ili ikitərəfli münasibətlərini şərh etmək istəməzdik. Özümüzün də ikitərəfli münasibətlərimiz var və bunu dəyərləndiririk", – Peskov vurğulayıb.

"Minsk qrupundakı tərəfdaşlarımıza izahat lazımdırsa, şübhəsiz, təqdim olunacaq. Üstəlik, diplomatik qurumlarımız vasitəsilə hazırda Qarabağdakı işlərlə əlaqədar daimi əlaqələr saxlanır", – o əlavə edib.

Dünən – noyabrın 16-da ABŞ Dövlət Departamentində yüksəkçinli rəsmilər bəyan ediblər ki, Birləşmiş Ştatlar və Fransa Rusiyanın Dağlıq Qarabağda atəşkəsin şərtlərinə, eləcə də razılaşmada Türkiyənin roluna aydınlıq gətirməsini istəyir.

Parisdə ABŞ Dövlət katibi Mayk Pompeo və Fransanın Xarici İşlər naziri Jan-İv Lö Drianın danışıqlarının mövzusu haqda sualı amerikalı diplomatlar belə cavablandırıblar: "Onlar Dağlıq Qarabağdan çox danışıblar. Minsk qrupunun həmsədrləri olaraq Fransa və biz sülh prosesində həmsədrlərin roluna sadiq qalırıq".

16:56 17.11.2020
Ermənilərlə azərbaycanlıların mehriban yaşadığı kənd
Gözlə

No media source currently available

0:00 0:04:10 0:00

16:25 17.11.2020

Onik Qasparyan: "Ən pis ssenarini seçdik"

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan Dağlıq Qarabağ müharibəsinin detallarını açıqlayıb.

"Biz ən pis ssenari ilə faciə arasında seçim etməliydik və ən pis ssenarini seçdik", – Qasparyan noyabrın 17-də yayılmış müraciətində deyir. O, vəzifəyə iyunun 8-də təyin olunduğunu, artıq iyunun 12-də Ermənistanın Baş nazirinə, bir neçə gün sonra Təhlükəsizlik Şurasına regiondakı hərbi-siyasi vəziyyətlə bağlı təhlilini təqdim etdiyini bildirir. Qasparyan deyir ki, hələ onda resursları nəzərə alaraq uzunmüddətli müharibənin onlara sərf etmədiyini bildirib. Həmin vaxt qeyri-nizami ordu yaratmaq məsələsi qaldırılıb.

"Müharibənin dördüncü günü Təhlükəsizlik Şurasının iclasında itkilərimiz, silahlı qüvvələrin durumu haqda məlumat verərək dedim ki, iki-üç günə müharibəni dayandırmaqla bağlı tədbir görülməlidir, yoxsa döyüş əməliyyatları indiki intensivliklə davam edərsə, resurslarımız qısa müddətə tükənər", – o qeyd edir.

Ancaq müharibənin dayandırmaq cəhdləri və təkliflərinin Türkiyə və Azərbaycan tərəfindən rədd edildiyini bildirir.

"Çox ağır şərtlər əsasında razılaşma situasiyanın hərtərəfli dəyərləndirilməsi nəticəsində qəbul edildi. Biz ən pis ssenari və faciə arasında seçim etməliydik. Ən pis ssenariyə üstünlük verdik. Bu, həyatımda ən pis gün idi, şəxsi faciəm idi", – Qasparyan vurğulayıb.

14:21 17.11.2020

Ermənistan 10 vətəndaşını axtarır

Ermənistan Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) Azərbaycana dair təxirəsalınmaz tədbir görməklə bağlı müraciət edib. İddia ərizəsində noyabrın 11-də Goris-Şuşa yolunda itkin düşmüş 10 vətəndaşın yaşamaq hüququnun təminatı üçün tədbirlər görmək, onlarla qeyri-insani rəftardan çəkinmək tələb olunur. Məlumatı AzadlıqRadiosunun Ermənistan xidməti yayıb.

Davamı

XS
SM
MD
LG