Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:46

ABŞ səfiri: «Barak Obamanın Kazan görüşünə olan ümidlərini bölüşürəm»


Metyu Brayza
Metyu Brayza
«Kazan görüşündə baza prinsipləri üzrə razılaşma əldə ediləcəyinə dair prezident Barak Obamanın ümidlərini bölüşürəm».

Bu açıqlamanı «APA»ya ABŞ səfiri Metyu Brayza (Matthew Bryza) verib.

Səfir bildirib ki, prezident Obama artıq görüşdən gözlədiyi nəticələri Dovil bəyanatında qeyd edib:

«Bəyanatda bildirilir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına alternativ yoxdur. Həmsədr ölkələr Əliyev və Sarkisyanı Kazan görüşündən yararlanaraq baza prinsiplərinə dair razılaşma əldə etməyə çağırıblar. Mən əlbəttə ki, bu ümidləri bölüşürəm və tam şəkildə əmin olmaqda davam edirəm ki, münaqişənin hərbi yolla həlli mümkünsüzdür».

İyunun 25-də Tatarıstanın paytaxtı Kazanda Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşü olacaq.
XS
SM
MD
LG