Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:55

YAZIÇILAR HAQDA QƏTTƏZƏ LƏTİFƏ


Bakıda futbol oyanayan balaca oğlan topu vurur, həyətdəki məktəb pəncərəsinin şüşəsini sındırır. Məktəbin qarovulçusu binadan çıxıb qəzəblə ona tərəf gəlir. Uşaq qorxusundan götürülür və fikirləşir:

“Eh, günümə bax da. Bilmirəm axı niyə mənim atam istəyir ki, mən mütləq futbolçu olum, məni evdən qovur ki, həyətdə uşaqlarla futbol oynayım? Dərslərimi eləmişəm, axı niyə rahatca divanda uzanıb, sevimli yazıçım Anarın “5mərtəbəsini” oxuya bilməyim?..”

Bu vaxt Anar hansısa müzeyin açılışnda fəxri qonaq kimi 30 dəqiqədir ayaq üstə dayanıb fikirləşir:

“Eh, günümə bax da. Bu mənasız toplantılardan canım nə vaxt qurtaracaq? Niyə mən saatlarla dayanıb, heç qulaq da asmadığım çıxışlara əl çalmalıyam? Axı mən niyə köhnə dostum Əkrəm Əylislinin kəndinə gedərək, onunla tut arağından içib, sovet ədəbiyyatının məziyyətləri haqda mübahisələr edə bilməyim?”

Bu vaxt Əkrəm Əylisli kəndin yaxınlığındakı çəmənlikdə gəzərkən ayağı təzəyə batır. Ayaqqabısını yaşıl otlara sürtərək kor-peşman fikirləşir:

“Eh, günümə bax da. Axı mən niyə texnologiya ilahəsinin yaddan çıxartdığı bu yarıcəngəl dünyaya qısılmalıyam? Niyə Bakı bulvarındakı çayxanada oturub Seymur Baycanla post-modernizm haqda söhbətlər edə biməyim? ”

Bu vaxt Bakıda məktəb qarovulçusu işləyən Seymur Baycan pəncərə sındıran oğlanın dalınca qaçır və fikirləşir:

“...oğlu ... - tutsam, sənin mitilini qoyacam!..”
XS
SM
MD
LG