Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 18:59

Çingiz Əlioğlu. Ah, moda! Moda!


Ah, moda! Moda!

Necə bəladır,
Nə dərddir moda! -
Moda çıxardan
Düşəydi oda...

Bu gün şal dəbdir,
Sabah - çitindir.
Modla yarışmaq
Yaman çətindir!

Ah, moda, moda.
Şıltaq ilahə!
Səni qarğıyan
Batar günaha...

Moda şirindir,
Moda acıdır.
Moda yaraşıq,
Moda... acıqdır!

Moda dərində,
Moda üzdədir.
Moda - ürəkdə,
Moda sözdədir.

Moda mürəkkəb,
Moda sadədir.
Moda - şahzadə!
Moda... gədədir.

Ah, moda, moda,
Zat-aliləri!
Bizmi seçirik.
Sənmi bizləri?

Bəzən baxırsan,
Baş açmaq olmur.
Di gəl ki moddur,
Heç qaçmaq olmur.

Bu necə fason,
Necə ədadır!
Bu necə dəbdir.
Necə modadır?!

Modadır... dəbdir...
Odlayır, hərbdir!
Dərmandır, həbdir!
Əladır, dəfdir!

Ah, moda, moda!
Bir ömrüm vardı
O da yolunda gedəcək bada...

1987
XS
SM
MD
LG