Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 01:56

Sabir Əhmədli. Yamacda nişanə (povestin davamı-3)


-

ƏVVƏLİ


6

Laçını tәbrik etdilәr. İşini soruşdular, bir iş yoxdu, olsaydı onlar da bilәrdilәr. Sәһәr çayını içib evdәn çıxır, Hәsәnxanla rastlaşır, ya gedib görürdü ki, Hәsәnxan oturub stolunun arxasında. Evdә macal tapa bilmәdiyindәn, nә üçünsә, bәzәn görürdün, Hәsәnxan güzgü kimi şәfәqli olan ağ dәmir dәbilqәni qarşısına qoyub saçını darayır.

Bir qәdәr keçdikdәn sonra rәis aşağı mәslәһәtә gedir, Laçına tapşırıq verirdi: mәntәqәni yiyәsiz qoyma, һadisә birdәn düşür. O gedәndәn sonra Laçın qalxıb evin dövrәsinә fırlanır, әtrafa nәzәr salır, qayıdıb onun kezü divardakı alәtlәrә dikilirdi,
Qara, bәzisi paslı alәtlәrin düzülüşü, bir dәfә necә ol-dusa Laçının fikrindә dәrin bir intibaһ әmәlә kәtirdi. Düz, çarpaz asılmış silaһlar, ona, bir vaxt karton üstünә yapışdırdıqları cürbәcür böcәklәri, cücülәri, qurdları xatırlatdı... Laçın beş-altı il mәktәb görmüşdü. Yadında һәmin vaxtdan elm naminә guya bircә söz qalmışdı. Tәәccüblü idi ki, һәmin söz bütün oxuduğunun, bildiyinin, mәnası, mәğzi tәk unudulmamışdı: «һerbari». Tәһsil tәkcә tәbiyyat, zoologiya dәrslәrindәn ibarәt olsaydı vә bunlar da ancaq dәrәlәrә, kövşәnlәrә düşüb cürbәcür һәşәratları, sürünәnlәri, uçağanları tutub mәktәbә gәtirmәklә bitsә idi, güman ki, Laçın mәktәbdәn tez ayrılmazdı. Orası vardı ki, çox tәәssüf, Laçının sevdiyi dәrsin payına һәftәdә çәmi-cümlәtanı bir-iki saat düşürdü. Bununla belә Laçın digәr uşaqların һәftә әrzindә başqa saatlarda duyduqlarından artıq fәrәһlәnirdi. һeybәsi, çantası ovsun yuvası idi. Kәtirdiyi һerbarilәr necә maraqlı, әylәncәli idi! һamı tamaşasına dururdu. Mәktәbin canlı guşәsini, tәbiyyat kabinәsini «әyani vәsaitlә» Laçın tәmin edirdi. Çantasından qızboğan, ağu, kәrtәnkәlә, balaca tısbağalar, daһa nә çıxmırdı? Müәllimin tapşırığından artıq gәtirirdi. Uşaqlar, illaһ da qızlar Laçından qorxur, qaçırdılar. Bir dә görürdün әlini saldı cibinә vә bir uzun koramal qızların başı üstә qıvrılıb yay kimi açıldı. Әlbәttә, һәmin vaxtda qızların cikkәsi sinfin şüşәlәrini titrәdir, müәllimlәr otağında, direktorun kabinetindә isә bilirdilәr ki, Laçın «әyani vәsait» nümayiş etdirir.

Dәrs vә mәktәb yerli-dibli Laçının xәyalından silinmişdi. Gör, һardan-һara nә kәlib onun yadına düşdü? Bu alәtlәr, onun kim bilir һansı qayada qovub, һansı daşın altında tutduğu, karton üzәrindә yapışdırdığı canlılardan düzәlәn qәribә xәritәlәr kimi görünürdü; qalıb, qalıb daşlaşmışdılar, dәmirlәşmişdilәr. Yalnız bunlar deyil, orada, qarajda tәzә şinli dörd tәkәr üzәrindә dayanan maşın da kövşәnlәrdә ayaq altından sıçrayarkәn qoltuğu, qanadlarının altı qızaran çәyirtkәlәrә bәnzәyirdi.
Hәsәnxansa aşağını, yuxarını gәzib, cövlanlayıb bir dә qayıdırdı mәntәqәyә. Girirdi içәri, görürdü Laçın onun stulunu götürüb qoyub otağın ortasına, divara-daşa tamaşa edir. Bir yol razılığını bildirib dedi:
— Öyrәnirsәn? Öyrәn. Kitab da var mәndә, verәcәm oxuyacaqsan.

Hәsәnxan Laçın tәrәfdәn arxayınlayıb, һәrdәn böyüklәrin işә kecikmәk kimi sәlaһiyyətindәn dә bәһrәlәnmәkdә ikәn bir sәһәr onun başına belә iş kәldi:

Hәyәtdә Laçını görmәdi. Qapını açıb yuxarı başa yönәlәrkәn dә közaltı baxdı. Laçın yoxdu. Papağını asqıya keçirib geri dönәndә dondu, dili tutuldu. Qarşısında göy bürüncəkdә, başında zireһli dәmir papaq, indiyә — bu yaşına qәdәr ancaq kinolarda, bir dә bәlkә-bәlkә yuxusunda gördüyü bir cәngavәr dayanmışdı. Әlindәki nizә düz Hәsәnxanın sinәsinә tuşlanmışdı. Dәbilqәnin kәsik günlüyü-dimdiyi altdan bәrәlәn şişmiş közlәrdәn qığılcım çaxılırdı.
Hәsәnxan һandan-һana özünә kәlib, әvvәlcә, һәrdәn güzgü yerinә istifadә elәdiyi dəbilqәni, sonra idarәlәrinә mәnsub olan digәr әmlakı tanıdı. Әlini saçına, başına çәkib toxtayaraq:

— Bәһ-bәһ-bәһ! — dedi vә yerinә keçmәk istәyәrkәn nizәnin bir barmaq da uzanıb boğazına dirәndiyini gördü. Dayandı, yumru göy közlәri ilә Laçına şәkli-şubһәli baxdı. Onu qara basırdı, ya doğrudan, һәr gün gördüyü Laçın beş yüz min il dala qayıdıb keçmişlәrdәki qoşunun zireһli papaq әsgәrinә çevrilmişdi. Nәһayәt, Hәsәnxan әsl һәqiqәti, özünün rәis olduğunu, bu zireһlinin dә onun tabeliyindә işçi sayıldığını yadına salıb seylәndi:

— Yekә oğlansan, nә qaravәllidi törәdirsәn?! — әlilә nizәni kәnara elәdi vә stolun arxasına keçdi.
Laçın plaşı, dәbilqәni çıxarıb asdı, nizәni yerinә taxdı vә irәlilәyib Hәsәnxanın һüzurunda dayandı.
— A kişi, allaһınız olsun, vicdanınız olsun. Axı, bağrım çatladı burda.

— Neylәyәk, Laçın, işimizin xarakteri budur, — deyә Hәsәnxan anlatdı. Beş dәqiqә әvvәlin tәsiri һәlә canından çәkilmәmişdi.

Laçın otaqdan çıxdı, evin qarşısında maşının dövrә vura bilmәsi üçün düzlәnmiş sarı torpaqlığı bu dәfә ayrı sevda ilә gözdәn keçirdi. Meydanın qıraqlarınca addımlayıb enişlәrә, dәrәyә, selablara baxdı. Qayıdıb qaraja girdi. Kabinәnin qapısının şappıltısına Hәsәnxan da kәldi.

Qırmızı maşın Hәsәnxanın da közünә qaya boyda köz kimi görünmәkdә idi. İndiyәcәk һeç bir ocağın altında rast kәlmәdiyi һәmin qaya — közdәn elә bir kimrik qopub Hәsәnxanın ovcuna düşdü, karıxdığından yerә tullaya bilmәyib bir әlindәn-o birinә ötürә-ötürә pörşәlәndi.

Maşın buxovların açıldığını һiss elәyib titrәdi, sәs-lәndi. Laçının sәsini ilk dәfә başqa sәsin qarışığında eşidәn Hәsәnxan maraqlı, һeyrәtli bir işin һamıdan әvvәl şaһidi oldu. O da bundan ibarәtdi: onunla, daһa doğrusu yanğın idarәsinin sürücüsü Laçının sәsi ilә idarәyә tәzә verilmiş maşının tırıltısı-nırıltısı bir-birinә elә oxşayıb qovuşurdu ki, onları ayırmaq çox çәtindi. Әlli-altmış il bundan әvvәlin bir qәdәr türkәsayaq adamı, ya da әksinә әlli-yüz il bundan sonranın vәtәndaşı çoxbilmişliyindәn belә güman edәrdi ki, maşınlar da insan dili bilir, insan dilini onlara zavodlardamı, һaradamı öyrәdirlәr. Amma Hәsәnxan, nә keçmişin, nә gәlәcәyin adamı olmayıb öz dövrünün övladı idi. Ona görә siftә bir qәdәr qarışdırsa da, aşağıdakı sözlәri maşının sәsindәn ayıra bildi:


— Hәsәnxan, maşın adam kimidir. Bir yerdә saxlayarsan, saxlayarsan, axırda bilmәrrә tәrpәnmәz, inan. Sürüm yuxarı kәһrizә, yoxlayım, һәm dә üzünә su çilәyib һavaya verim qәrәmәtdәn çıxsın.
Qırmızı maşın qarajdan çıxdı. Arxasını idarәyә çevi-rib üzü yoxuşa — asfalta diklәndi.


Yarım saat, bir saat keçmişdi. Parıltılı dәbilqәni küz-kü әvәzinә qarşısına qoyaraq saçını darayan vә bu kündәn sonra bәzi planları fikrindә götür-qoy edәn Hәsәnxan eşitdiyi sәsdәn pişik kimi sıçrayıb qapıya çıxdı. Laçından әsәr-әlamәt yoxdu, yәqin avtovağzaldan o yandakı döngәni burulurdu. Amma maşının qopardığı ulartı üzü bәri dalğalanıb һavanı bürümüşdü.

O yanda, avtovağzalın qarşısındakı adamlar küllüyünә daş atılmış sәrçә dәstәsi kimi dağılışdılar.
Hәsәnxanın tәxmininә körә, maşın o sürәtlә ki gәlirdi, aşağı keçmәli idi. Heç olmasa, bunu tapşırmalı idi ki, qәsәbәnin içәrisinә sürmә. Laçın yavaşıyıb bәri dönәndә Һәsәnxan tismәn sakitlәşdi. Qırmızı maşın yuyulub tәmizlәnmiş, yaqışdan sonra lalә kimi göyçәklәşmişdi.

Laçın kabinәnin qapısını açıb yanğın mәntәqәsinin qarşısında böyük fәrәһ vә tәsәlli ilә yerә düşdü. Hәsәnxan anladı ki, yalın başındakı meydanda — vaxtilә xәstәxananın rentgen kabinәsinә işıq verәn motorun yerlәşdiyi tәk evdә buna qәdәr davam edәn dinc, tәһlükәsiz küzәran bitdi. Beş dәqiqə keçmiş, stolun bir küncündә duran qırmızı telefon zәng çaldı. Rәis dәstәyi qaldırdı.
— Başlandı?
— Bәli başlandı, — deyib Hәsәnxan yarsız-yoldaşsız, salamsız-kәlamsız sualın kim tәrәfindәn verildiyini vә nәyin başlanmış olduğunu soruşmağı artıq sanıb, әgәr soruşsa bunun anlamazlıq kimi qarşılanacağını başa düşüb uzatmadan, kәsә cavab verdi. Laçına baxdı. Laçın da aparatın avtomat rәqәmlәri arasındakı qırmızı dairәyә. Guya bu aparat da artıq bir çox ölkәlәrdә işlәnәn tәzә ciһazlardandı. Oradan uzun qara qaşlarının üstündәn vә gicgaһlarından sıx-sıx bitib geri daranan qalın, qara kepkanın altına sığışmayan şәvә telli, üst dodağını vә ağzını da tutan qapqara, cod lopa bığlı, şimşәkli-zәһmli közlәrindәn qatı-qara һәrarәt yağan milis rәisinin özü dә görünürdü; baxışından onun fikrini aydın edib öyrәnmәk çәtindi, elә bil içәridәn — ürәkdәn külürdü.


Qırmızı maşın qәsәbәyә ayaq açdı. Nәһayәt, tanış-biliş Laçının әlini sükanda görmәli idi. Aydın olmalı idi ki, onun sürdüyü maşın rayon arasında һәrlәnәn digәr dördtәkәrlilәrdәn әskik deyil; rәnki, quruluşu ilә o biri maşınlardan fәrqlәndiyi kimi, onların itaәt etdiklәri nişanlardan vә qaydalardan sürücüsü ilә birlikdә azaddır. Elә ki qırmızı maşın bu başdan — әmanәt kassasının vә milis şöbәsinin arasından qıjıltı ilә enişә şığıyırdı, «Lalә» deyib Laçını һaylayır, uşaqlar oxuyurdular:

Odlu-alovlu Laçın,
Lalә maşınlı Laçın.

Bu bağrıyanıq «Lalә» qәsәbә sakinlәrinin, Laçını körüb fәrәһlәnәnlәrin dә ürәyinә sәksәkә salmışdı. һәr һansı maşın sәsi «qırmızı әjdaһanı» nәzәrә gәtirirdi vә yalnız Laçının maşını deyil, digәr dördtәkәrlilәr dә qorxu mәnbәlәrinә çevrilmәkdә idi.
İlk әvvәl Laçına bildirmәk lazımdı ki, onun sürdüyü qırmızı yanğın maşını mütlәq siqnal verib, һazırda ümumәn siqnal qadağan olsa da, qәsәbәyә girmәlidir. Rayon komsomol tәşkilatı һәmin tәklifi müdafiә edirdi, amma һәlә şifaһi. Belә getsә, kәsәrli vә qәti qәrar çıxarmalı olacaqdılar.

Әmanәt kassasının müdiri yenidәn xәstәlәnmişdi. O daһa nә alt yolla, nә dә üst — dolama yolla tәһlükә һiss etmәdәn gedә bilmәzdi. Hәr iki yolla maşın işlәyirdi vә һәr һansı dәqiqәdә Laçınla qarşılaşmaq mümkündü. Ağsaç kişi dünya körmüşdü, çox şeyi daxilindәn anlamağı bacaran adamdı. Yaxşı başa düşürdü ki, һamının sifәtinә yalnız zarafatla, kәlәkbazlıqla tuşlanan lülә onun, qoһum-әqrәbalarından birinin alnında açıla bilәr. Kişi һalına-gününә acıyıb, keçmişә tәәssüf edirdi. Onu qınamalı deyildi. Bir vaxt, çinarın altında әli-ayağı yalın dayanan oğlanın bir nәrәsi vardı, bir baxışı; bunun һeç biri, һәya vә xәcalәt tәri axıtdırmaqdan, uzaqbaşı tәһqirdәn ziyadә başqa zәdә yetirmәyә qadir deyildi. İndi körünmәyi ilә küçә-qәsәbәyә çaxnaşma salan qızmış әjdaһanın yana-yana şığıyan zәһmi adamı әlli-ayaqlı alırdı. Hәlә yanğın vaxtlarında olduğu kimi һayqırmasa da, yeli, tәkәrlәrinin qıjıltısı adamı sәkidәn çәkib qoparırdı.
Kişi müәyyәn idarәlәrә vә yoldaşlara naraһatlığını bildirәrdi. Laçının bir az һöcәtә düşüb işi qәlizlәşdirәcәyini, әn ümdәsi özü, adı әtrafında xoşagәlmәz söһbәtin başlanacağını nәzәrә alıb dözürdü.

Sarıtel elә anadangәlmә sarı idi, bunun һeç bir xәstәliyә, naxoşluğa aidliyi yoxdu. Hәtta növ-növ Gözәlliyi qiymәtlәndirmәyi bacaran qonşular, tanışlar «sarıgilә üzümdür, onun bir ayrı şirinliyi var» deyib anasına tәriflәsәlәr dә, arvad arada bir dәfә qızın üzgünlüyündәn şübһәlәndi. Keçәn ilki qәbul sәnәdlәrindәn qalma sağlamlıq arayışına arxayın ol-mayıb, Sarıteli qonşuluqda yaşayan һәkim qadına göstәrib müayinәdәn keçirdi. Onu da sәһәr, günorta eyvandan baxanda görünәn maşın naraһat edir, atasının çәtinliyi, Laçının mәrdimazarlığı sarsıdırdı. Sarıtel başıaşağı, dinc qızdı, qeyrәtli idi. Hövlündәn az qalırdı gecә-gündüz yastığının yanında әlavә bir yastıq kimi qurduğu kitabları tikә-tikә elәyib yesin. Laçının nәrәsinin, һәrbә-zorbasının qabağına o, durna boynunu uzadaraq çıxmış vә onu sındırmışdı. İndi dә, lap üstünә şığısa da Sarıtel maşının qarşısındn dayanar vә Laçını bir yolluq atdan salardı. Amma bu, qızın o vaxt komsomol komitәsinә getdikdә Laçına baxmağına bәnzәmәzdi: atası-anası yol vermәzdi. Axı, Sarıtel nә qәdәr ötkәm olur-olsun, Laçın da Laçındı.


7


Bir sәһәr Laçın mәntәqәnin meydanında Hәsәnxanla salamlaşıb, «sabaһınız xeyir” deyib, bayramsayağı geyinmiş uşağın sevinci ilә yenә qarajın qapısına yönәlәndә, Hәsәnxan onu saxladı.
— Hadisә baş vermәyincә maşın tәrpәnmәyәcәk. Tapşırıblar.

Doğrudanmı belә göstәriş verilmişdi? Yoxsa Hәsәnxan xәbәrdarlıq tәsirli—nüfuzlu olsun deyә, onların adından çatdırırdı? Hәsәnxanın üzü һәmin sәһәr elә bozarmışdı ki, onun özününmü, başqasınınmı danışdığını müәyyәn etmәk olmazdı.
Şapkasının üstü içindәki dairә dәmirdәn duvaq kimi düm-düz dartılan bu adam onun birinci, әskәrlikdә deyildiyi kimi әn yaxın rәisi idi. Laçının mәsuliyyәtini dә һamıdan artıq o daşıyırdı.
Laçın, başını aşağı dikib, ovundan küsmüş yırtıcı kimi yuvasına, idarәlәrinә çәkildi.
Hәsәnxan işin bu tәbdә qalmayacağına әvvәldәn әmindi.

Mәlum olduğu kimi, Hәsәnxan, yaşının dairәsindә vә ömrünün imkanında dünyagörmüş, һәyat tәcrübәsinә malik adamdı. Tәbii yanğın idarәsinә әmәlә kәlәn zәnglәr onu һamıdan artıq naraһat edib düşündürürdü. Әslindә, milis rәisinin zәng etdiyi, Laçının onlara şofer tәyin olunduğunu eşitdiyi dәqiqәdәn Hәsәnxanın qanı qaralmışdı. Hәsәnxanın o vaxta qәdәr kәndin ayağında çoxdanqalma su dәyirmanları kimi yeknәsәq çaqqa-çuqla işlәyәn ala-toran beynindә ilk zәlzәlә tәkanına oxşayan bir һәrәkәt onda baş vermişdi, közünün qabağında bir sәһnә açılmışdı. Bu sәһnәdә adam nә qәdәr çox olsa da, әsas iki nәfәr qarşılaşırdı. Baş verәn һәr һansı qәza-qәdәr bitdikdәn sonra ona nә gül-çiçәk tәqdim edәcәk, nә dә sәһnә arxasında qucaqlayıb: «Әһsәn sәnә, Hәsәnxan, әla oynadın!» deyәcәklәr. Bu, o tamaşalardan deyildi. Ona körә dә Hәsәnxan, Laçının barәsindә vә öz taleyinin Laçınla bağlı, onunla çarpazlaşa bilәn һissәsi, qismi barәdә әvvәlcәdәn çox ciddi düşünmәyә mәcburdu. Sәһәrlәr xәstәxana şәһәrciyinin yanından burulub idarәyә gәlәn, keçib stolun arxasında әylәşәn, һәrdәn qalxıb dәbilqәni götürәrәk təzә çimmiş adamın raһatlığı ilә saçını darayan Hәsәnxanın davranışına— insanın һәr günkü şüurlu-şüursuz, adi vәrdişlәri kimi baxmaq doğru olmazdı. Әkәr ona qalsa, Hәsәnxanın, furajkasının içindә Nuһdan qalma qaydaya әmәl edәrәk, dәmir yay saxlamağının da mәnası vardı. Laçını cilovlamaq — yatırmaq yolları Hәsәnxanı dәrindәn-dәrinә düşündürürdü. Onun axtarış-larında, biz deyәrdik ki, bir elmlik, üsulluq vardı.

Hәlә Laçın yoxkәn, gәlmәmiş, saatlarla soyuq stolun arxasında oturarkәn Hәsәnxan sәnәtinin, ixtisasının maһiyyәti, xassәlәri barәdә dönә-dönә düşünmüş, bәzi nәticәlәr һasil etmişdi. Belәliklә peşәlәrini tәcrübәdә yoxlayıb öyrәnmәk imkanı olmadığından işinin bir növ nәzәri-elmi әsaslarını aydınlaşdırmışdı. Onun fikrincә, çox şey istidәn, һәrarәtdәn törәnir, genişlәnir, һәcminә, tutumuna sığmır. Yoxsa, çaylar baһarda daşmaz, göy baһarda gurlamaz, sel yazda kәlmәz, ağaclar artıb böyümәzdi. Bәzi istisnalar nәzәrә alınmasa, yanğın da, әsasәn isti, qızğın һavalarda baş verir. Mәsәlәn, neçә min tonluq iri-iri pambıq tayalarının öz-özündәn qızışıb yandığı qәzetlәrdәn mәlumdur. Demәli, Laçının canında-qanında olan vә һәlә sәrin, xoş һavalarda artıqlıq elәyib, onu yerindәn oynadan od-alov da һәmin bu yaz vәdәlәrindә şәrarәlәnib qızışmalı idi. Hәsәnxanın cansız cisimlәrә vә tәbiәtә әsaslanıb kәldiyi nәticә — qәnaәt göründüyü kimi, tamamilә münasib nümunә olan canlı insanın — Laçının şәxsindә dә meydana çıxırdı. Bu, kәdәrli, acı olsa da, Hәsәnxanın gümanlarının doğruluğunu tәsdiq edirdi.

Rәis, һavaların qızması ilә әlaqәdar olaraq Laçının — sürücünün varlığında, beyninin һәr bir һüceyrәsindә nüvә-sayaq partlayışların başlanacağını gözlәyirdi. Bunun qarşısını almaq üçün Hәsәnxan çox kötürüb-qoymuşdu. Әvvәla, bilmәk lazımdır ki, һeç bir yanğın öz-özünә tәrәnmәdiyi kimi, һeç nәdәn, öz-özünә keçib getmir dә. Onu söndürәnlәr, ya da ümu-mi һavanın özü tәdriclә zәrәrsizlәşdirir.


Laçının o cür başını aşağı salıb itaәtlә idarәyә ket-mәyi һәsәnxanı aldatmadı. Burdan da bir nәticә çıxardı: һeç zaman, һeç bir vәcһlә yol vermәk olmaz ki, yanğın-od eһti-yatı üst-üstә yığışıb bollaşsın. Demәli, әn çәtin, fәqәt e'tibarlı vә ağıllı tәdbir yenә dә ondan ibarәtdir ki, Laçı-nın canında olan odu onun özünә һiss etdirmәdәn yavaş-yavaş yox etmәk. İstiyә qarşı soyuqluq. Laçınla tәmasda olan adam ona һәr dәqiqә süstlük, sәrinlik kәtirmәlidir. һәsәnxan, xoş-bәxtlikdәn tәbiәtәn belә adamdı. Bu tәlәbi yerinә yetirmәk üçün әlavә sә'yә eһtiyac yoxdu. Soyuqluğun müәyyәn qәdәri olmalı-dır: yoxsa su sendürdüyü kimi, alovlandıra da bilir. Nәһayәt, bu qara, soyuq dzşlar, һәsәnxanın sifәtinin soyuq quruluşu, һәtta ilk nәzәrdә diqqәti cәlb etmәyәn papağının içәri-sindәki dәmir yayın, muһafizәkarlığın әn külünç misalı ol-sa da, o cür qalması, ümumi şәrait, ev, evin tәklifi, xәstәxa-nanın yaxınlığı, xәstәlәrin naxoş sifotlәri, һәtta, xüsusvn һәsәnxakıi sәpәrlәr küzkü yerinә dәmir dәbilqәni bir mәra-sim-ibadәt tәriqi ilә qarşısına qoyub saçını һamarlaması — bütün bu tәfsilatın һamısı (küzkü dә soyuqluq kәtirir, sәrin-lәdir) küll һalında һәsәnxan tәrәfindәn nәzәrdә tutulmuş-du. Onun Laçına qarşı soyuqluq uğrunda mübarizәsinin, belә demәk mümkünsә, soyuqluq fәlsәfәsinin maһiyyәti bunlardan ibarәt idi.


Bu sәһәr, Laçında mövcud olan yanğın eһtiyatının bir növ alovlanmaq tәһlükәsini һiss etdiyi üçün Hәsәnxan əvvəlki tәdrici-profilaktik tәsirindәn әlavә iki silaһı da işə salmaq qәrarına kәldi. Bunlardan biri — Laçının maşınının sәsini eşidәndә doğum evinin pillәlәrindә görünәn, gözü yal-yamacda dolansa da Laçına biganә olmadığı һiss edilәn gәnc mamaçanı buraya, onların idarәsinә dadandırmaqdı. İkincisi—professional mәzmunda idi: Laçına elә tapşırıq vermәk lazımdı ki, o һәr gün su görsün, һәr gün su ilә qarşılaşıb ona toxunsun.

Hәsәnxan eyni dәrәcәdә yararlı sandığı vә birgәqovuşuq şәkildә yeridilәrsә, şübһәsiz, daһa tez tә'sir göstәrәsi iki tәdbirdәn әvvәlcә birini başlamaq istәdi. Başa düşürdü ki, Laçınla eһtiyatlı, usta һәrәkәt etmәk lazımdır, onu ürkütmәk olmaz.
Hәsәnxan belә qәrara kәldi: әvvәlcә su mәsәlәsindәn başlasın. Burada bәzi mәnfәәt, faydalanmaq eһtimalı da vardı: mәnfәәt, faydalanmaqsa, bәllidir ki, insanların digәr һәvәslәrini müvәqqәti olsa da lәngidir. Hәm dә su söһbәtindә, özlüyundә şәkk-şübһә törәdәcәk nöqtә yoxdu.

Әvvәllәrdәn mәlum olduğu kimi, buna bәnzәr fikirlәr rayonda bәzi digәr yoldaşların da ağlına gәlmişdi. Amma bu tәdbirlәrin büllurlaşıb tamamilә һazırlanması Hәsәnxanın beynindә mümkün oldu. Vәziyyәt işi bu yerә gәtirib çıxarmışdı vә deyildiyi kimi, Hәsәnxan, nә qayğısı vardısa, һamısını kәnara qoyub, yalnız Laçınla mәşğul olmağa mәcburdu. İnsanın nәyә qadir olduğunu, daxili imkanlarını şәraitdәn gözәl açıb ortaya çıxaran şey yoxdur.


8


İstilәr güclәnmişdi. Aşağılarda, aranlarda, Teşdәk tәrәflәrdә, Quycaq üstündә, güney yallarda «sarı dәnizlәr» lәpәlәnmәkdә idi. Şәһәrәtrafı kolxoz olan Mirzәlinin maşınları ilk dәrzlәrlә yüklәnmişdi; onlar yanğın idarәsinin qarşısından keçirdi. Çöldәn, kövşәnlәrdәn buğda әtri, taxıl dәmi vururdu. Külәşdәn, dәrzlәrdәn od, һәrarәt qalxırdı.
Bәzi idarәlәr, mövsümün tәlәblәrini nәzәrә alıb, işlәrindә dәyişiklik etmәkdә idilәr.
Hәmin künlәrin birindә rayon milis şöbәsi, yanğın idarәsinә bir tövsiyә mәktubu verdi ki, bu, Hәsәnxanı xeyli qabağa saldı. Hәsәnxan lәngimәdәn idarәyә kәldi. Üzü doğum evi tәrәfә dayanan Laçını kabinetinә çağırdı:

— Belәdir, Laçın,—dedi,—yeni tapşırıq verilmişdir.— O, frençinin üstdәki bağlama cibindәn bir kağız çıxartdı.— Әmr almışıq, һavalar qızıb. Biçin, geç başlanıb. Düzdür, bizim rayonda yanğın-filan olmur, amma birdәn işdir-qәziyyәdir baş verәr, bizi tapmazlar. Bir nәfәr gәrәk gecәlәr postda qala.
— Mәn...

Aydın mәsәlә idi, komandirlәr keşik çәkmirlәr.
«Gecә» kәlmәsi, «gecә növbәsi» sözlәri, yanğın eһtimalı Laçının başında «qaranlıq gündüzün işıqlı axşamı!» kimi tәrs-dolaşıq bir ümid oyatdı.
Günorta Laçın evә gәlib yüngül yatacaq tәdarük etdi. Onun mal könünә oxşayan adyala bükülmüş, indiki vaxtı üçün deyil, on iki-on üç yaşına daһa düz gәlәn yatacaqla körpüyә yenәldiyini körәnlәr yanğın mәntәqәsindә gecә-gündüz işin başlandığını bildilәr. «Sәһra şәraitinә» keçәn Laçını tәbrik edib, ona bu yorğan-döşәkdә xeyir dilәdilәr.

Qoltuğunda yatacaq, «Göy qurşağı»ndan keçәrkәn, onu Sarıtel dә Gördü. Qız baş meydandan zәndlә ona, yatacağa baxaraq ötdü. Laçın sıxılıb utanmadı. Әksinә, Sarıtelin qәlbinә qısqanclıq, naraһatlıq saldığı üçün özündә üstünlük duyub qürurlandı.


Hәsәnxan, Laçının milis idarәsindәn gәtirdiyi dәmir çarpayıda tәcrübәli әsgәr kimi yer saһmanlamağına (ordan bir qrafin dә almışdı — gecәlәr oyananda su içәrdi) tamaşa edib gözlәdi. Qurtardıqdan sonra gecә tәlimatı ilә tanış olduğu barәdә Laçına rәsmi qaydada qol çәkdirdi. Laçın bәzi maddәlәrә etirazını bildirdi:
— Mәn yanğınsәndürәn deyilәm, sürücüyәm. Yanğınsöndürәnlәrin borclarına qol çәkmәyәcәyәm.
Hәsәnxan onu başa saldı ki, orası doğrudur.
— Belә olmasaydı, sәnin burada taxt-tifaq qurmağına icazә vermәzdilәr. Bunlar rәsmiyyәtdәn ötrüdür, formal xarakter daşıyır. Bizdәn böyüklәr dә bilirlәr ki, bizim ştatla gecә növbәsi saxlamaq doğru deyil. Amma mәn etiraz etmәdim. Desәn niyә, ona körә ki, sәnin maaşına tәsir göstәrәcәk. Әlavәni alacaqsan.
—Әlavәni alacam, gecәnin birindә Arazbasarda, dağavarda oddax düşsә, mәni basacaqlar qoduqluğa.
— Quşürәk olma. Oddax nә kәzir? Allaһ elәmәsin, elә şey olsa, sәndәn qabaq mәn varam. İkimiz dә bәrabәr cavabdeһik.— Hәsәnxan tәlimat yazılmış vәrәqi gәtirib adyalın üstünә qoydu:—Bax, mәn özüm dә qol çәkmişәm. Sәndәn yuxarıda.

Birçә stulları olduğu üçün Laçın, adәtәn ayaqüstü yaşayırdı. O, әskәrlikdә qәbaһәt sayılsa da, burada mümkün sanıb, tәzәcә һamarladığı çarpayının üstündә oturdu. İdarәdә ev raһatlığı duydu. Bundan başqa, ürәyindәn digәr şirin bir sövq keçdi. Bu, Hәsәnxanın, onun qәlbinin һәr nöqtәsindәki һә-rәkәti görәn qüdrәtli nәzәrindәn yayınmadı.

— İdarәmiz, yәqin, yaxınlarda böyüyәcәk. Tәzә işçimiz olmalıdır. Onda sәnin gecәlәr qalmağın kәrәk olmayacaq.
— Әşi, һeç tәzә işçi olmasın. Özümüz öһdәsindәn gәlәrik, — deyib Laçın Hәsәnxandan işlә o qәdәr dә bağlı olmayan asılılıq, güzәşt umdu.
Hәsәnxanın yumru, duru közlәrinin cütükә dә qışda «eşşәk öldürәn» deyilәn günәşdәn qalma bir işartı duşdü. O, otağı, yatağı yoxlayıb dillәndi:
— Yaxşı olacaq, yaxşı. Cavan oğlansan, subay adamsan. Laçına xoşluq dilәyib yola düzәldi.

Tәdriclik vә soyuqluq mәramına sadiq qalıb, su mәsәlәsini onsuz da işli-güclü keçәn bu gündәn sabaһa-birigünә saxladı. «Başqa işlәr dә olacaq», — demәklә kifayәtlәndi.

Laçın pula, qazanca tamamilә etinasız baxanlardan deyildi. Üstәlik, onun eһtiyacı artmışdı. Ev tikmәk fikri qәtilәşmişdi. Anası ona yer almaq üçün bir neçә dәfә icraiyyә komitәsinә, üzvü olduğu Mirzәli kolxozunun sәdrinin yanına getmişdi.

Amma һәmin gecә vә ondan sonra keçәn üç-dörd gün Laçın һiss etmәyә başladı ki, onun gözünә nә mәvacibinin artmağı görünür, nә çәkәcәyi әziyyәt.
Gündüz, otuzuncu illәrdә banditlәrlә mübarizәdә һәlak olmuş sәrһәdçi әsgәrin abidәsinin qonşuluğundakı tәk evdә dolanır, kiçik şәһәrin yamaclarını seyr edirdi. Gecәlәr bu alәmin üstünә min-min ulduz çiçәklәmiş göy qübbәsi әlavә olunurdu. Hamı yatışandan sonra, uzaqlarda qoyun-quzu otaranların, su aparanların arx üstündәn һәnirtilәri dә kәsilib qaranlıq qutlananda Laçın otaqdan çıxır, işığı közәrәn, içәridә һәrәkәt duyulan, qapısı һәrdәn açılıb-örtülür, doğum evinә, mәntәqәdәn dәrin selliglә ayrılan qonşu yamac-dagı qәbrә baxırdı. Sәrһәdçinin mәzarını may günlәri tәzә-dәn ağartmışdılar. Göyün üzü aylı, şәfәqlp olanda mәzar elә ağappaq şәglә düşürdü gi, Laçının gözlәri sulanıb qamaşırdı.

Laçın yerlә göyün arasında qәrarlanan bir duracaqda idi. Hәsәnxanın bәlkә qәsdәn soba yandırmadığı, peç istisi görmәmiş otaqda, suvaqsız, cilasız ağır daşlara yapışan әslәһә-һerbarisinin qaranlığa necә qovuşması ilә әylәnә-әylәnә һәmin duracağın gecәlәrini tәdqiq etmәklә mәşğul olurdu.
Bir gecә o, Hәsәnxanı yola salandan sonra uzanıb һәyatı, bura qәdәrki ömrü barәdә düşünürdü. Ayrı-ayrılıqda özlüyündә bu alәtlәrin, maqqaşın, qarmağın-filanın vә һәtta maşının da һeç bir әһәmiyyәti yoxdur. Bunlar o zaman gözә görünәcәk vә o zaman qiymәtlәndirilәcәk ki, gәrәk olacaq. O zaman, һәmin dәqiqәlәrdә ölü alәtlәr adamların nәzәrindә elә qüvvәyә çevrilәcәk ki, әvәzsiz... Bu isә ancaq yanğın düşsә, mümgün-dür. һәftәlәr, aylar, bәlgә illәr geçәcәg. Laçın bu һәftәlә-rin onunu-yü'zünü buraxıb birindә yaşaya bilәcәg. Ömrün-günün belәcә geçәl qarğıdalı gimi seyrәk keçәcәyinin fikrini çәkmәkdә ikәn, o, bir qәdәr bәrk yatağa uzandığı һalda, tәzәcә süzülmüş şirә kimi mәt, sütül bir coşğunluq duydu. Bu coşğunluq kürәyinә, gicgaһlarının damarlarına, sinәsinә, başına һopa-һopa yayılarkәn vә Laçın düşdüyü һalın һәr anını şirin-şirin keçirmәkdә ikәn ürәyi һavada qanadlarını saxlayıb dayanan quş kimi az qala durdu. Bir qadın sәsi eşitdi...

«...Polk iki һәftә davam edәn ağır tәlimdәn sonra düşәrgәyә qayıdırdı. Qurşağacan qar basmış, әksәri birmәrtәbә, ikimәrtәbә ağac evlәrdәn ibarәt olan şaxtalı şәһәrin çovğun içindә dağıIıb parlayan işıqları, döyüşdәn qayıtmırdılarsa da, yorulmuş әsgәrlәri doğma ev kimi çәkirdi. Şam vaxtından keçmişdi. Komandirlәr qәrara almışdılar ki, gecik-sәlәr dә axşam xörәyini polkun yemәkxanasında yesinlәr. Neçә gün ev xörәyi görmәyәn әsgәrlәr vaxtlı-vaxtında şirә buraxan iştaһalarını raһat, isti yemәkxanaya saxlamışdılar... Laçın sürücülük kursunu tәlimdәn bir neçә gün qabaq bitirmişdi. Ona zağlı bir maşın vermişdilәr. Hәlә plombu açılmamışdı.

Onların maşını yemәkxananın qarşısına enib yüzlәrlә әsgәrin çәkmәsinin tapdığından qarı bәrkiyәn meydanda dayananda bölüklәrin һamısı şam edib palatalara çәkilmişdi. Onları, neçә gündәn bәri gecә-gündüz eşitdiklәri mexanizmin, maşının, motorun uğultusu indi oyada bilmәzdi. Axırıncı Laçının maşını gәlmişdi. Böyük zalın işıqlarının bir qismi söndürülmüşdü. Mәtbәxә açılan gözdәn içәridә qabyuyan görünürdü... Bir dә, axırıncı dәstәyә mәtbәxin gözündәn xörәk verәn qız qalmışdı. O, Laçının xörәyini lәngitdi.

Gözlәdi ki, o birilәr getsin. Sonra Laçına işarә elәdi ki, mәtbәxә gәlsin.

Laçın zaldan һәyәtә çıxdı vә ora dolandı. Alçaq tavanlı mәtbәxin kürәsi üstә iri, xırda qazanlar düzülmüş, cürbәcür xörәyin, istiotun, kәlәmin әtri bir-birinә qarışmışdı. Bu qoxular Laçının burnunu, damağını qıdıqladı. Xörәkpaylayan qızın kürәyi ona sarı idi, әyilib qabyuyana nә isә deyirdi. Sonra birdәn o, yönünü Laçına çevirdi, yaxınlaşdı. Laçın bu qızı çox görmüşdü: xörәk paylayanda, şәһәrdәn gәlib һәrbi düşәrgәdә işlәyәn arvadlara qoşulub axşamlar, gecәlәr evinә qayıdanda. İndi onun üstünә gәlәn tamamilә başqa mәxluqdu. Bayırda şaxta daşı-torpağı partlatdığı gecәdә gәnc qadın, uşaq topu kimi girdә, bәrk görünәn mәmәlәrinin, qabaqdan baxanda belә seçilәn enli, dolu vә dik sağrılarının elә bil bu dәqiqә söküb-tökәcәyi nazik çit don geymişdi: sanki bütün-lükdә soğan qabığı kimi süzgün tül içәrisindә idi vә bu qırmızı tül Laçını da bürüyәcәkdi. Kürәnin o tәrәfindә balaca miz vardı. Qız ona yemәk gәtirib һәmin mizin üstünә qoydu.

Boşqabı әtlә tәpәlәmә qalamışdı, altda düyü seçilmirdi. Laçın bir dә gözünü açdı ki, nimçәni sivirib. Tәzәdәn elә iştaһı qopub ki, on adamın payını yesә, bu tükәnmәz istәyi dәf edә bilmәyәcәk. Qız başqa nimçәdә iki qovrulmuş tikә gәtirdi, әyildi, qolları, sinәsi Laçının qollarına toxunub durdu. İsti mәtbәx әtri ilә, ondan da çox-çox dadlı, lәzzәtli һәrarәt içindә әriyәn bәdәnini saxlaya bilmәyib, tağdan öz-özünә qopan qovun şirinliyi ilә Laçının qucağına endi... Qab-yuyan qoca arvad daldaya çәkilib dillәndi. Çılpaq döşәmәdә, Laçının qolları arasında çırpınan xörәkpaylayanın sәsinә sәs verdi... Sabaһı gün xörәkpaylayan işә gәlmәmişdi...»

Guya bütün bunlar: şoferin gözlәri qarşısından gәlib keçәnlәrin һamısı Hәsәnxana da görünürdü. Hәsәnxan cisimsiz mәxluqdu. O, Laçını görürdü, һәr dәqiqә dövrәsindә dolanırdı. Laçın onu görmürdü, һәm dә bu nәzarәtçi һәrdәn yaxınlaşıb qazanlarının altını-üstünü yoxlayan aşpaz sәriştәsi ilә Laçının, doğrudan da, qazana oxşayan başının qapağını qaldırır, orada fikir mәmulatının necә qaynadığına tamaşa edir, guya һәr һansı maddәni qaynada-qaynada tәzә üsulla buz һasil edirdi. Hәsәnxan һimayәsindәki işçinin beynini deyil (Laçının şәxsindә beyin kömәkçi vәzifә daşıyırdı vә orada nә baş verdiyini asan bilmәk olurdu, qapağı qaldır, bax), qәlbini gözdәn qoymurdu. Bunu sadәcә baxışa oxşayan, amma qeyri-şәffaf cisimlәri tәşriһ edә bilәn bir nәzәrlә öyrәnirdi. Burada o qәdәr dә gәzlәnilmәz iş yoxdu. Vaxtilә rentgen kabinәsinә cәrәyan verәn motorun, bәzi başqa texnikanın yerlәşdiyi otaqdan, tәbii ki, nә müddәtdәn bәri һәmin otaqda әsasәn tәk qalan Hәsәnxana bәzi ümdә keyfiyyәtlәr sirayәt etmәli idi. Hәsәnxan da onları һәr eһtimala qarşı gö-türmәli imiş.

ARDI
XS
SM
MD
LG