Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:48

Hökumət idman xərclərini 2 dəfə artırdı [infoqrafika]


►Azərbaycanda 2016-cı ilin dövlət büdcəsində neftin 1 bareli 50 ABŞ dollarından götürülüb.

Bu barədə sentyabrın 14-də 2016-cı ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında bildirilib.

Gələn ilki büdcənin gəlirləri builkindən 4 milyard, xərcləri 6 milyard manat azdır.

Büdcə layihəsinin gələn ilə nəzərdə tutulan gəlir və xərcləri, eləcə də 2015-ci ilin büdcəsinin gözlənən gəlir və xərc vəziyyəti ətraflı aşağıdakı infoqrafikada:​

Buna da bax: İlham Əliyev: "Qənaət edəcəyik"

"ÇOX OPTİMİST HÖKUMƏTİMİZ VAR"

Rövşən Ağayev
Rövşən Ağayev

İqtisadçı Rövşən Ağayev öz Facebook hesabında büdcə layihəsini analiz edib. O yazır ki, gələn il ​üçün investisiya xərcləri 3.3 milyard manat az nəzərdə tutulub. 2015-ci ildə bu, 6.9 milyard manat təsdiqlənmişdi:

"Əsas bölmələrə aid edilməyən xidmətlər" adlı bir xərc bölməsi vardı. Bu bölmə üzrə xərclər 1.8 milyrd manat azaldılıb və 896 milyon manat proqnoz edidilir. 2015-cu il üçün 2.696 milyard manat təsdiqlənmişdi. Səhiyyə xərcləri 32.8 milyon manat, sosial müdafiə xərcləri 144 milyon manat azaldılıb. Təhsil xərclərinə demək olar toxunulmayıb. Ən maraqlısı odur ki, mədəniyyət və idman xərcləri təxminən 2 dəfə artırılıb - 348 milyon manatdan 652 milyon manata çatdırlıb. Yəqin ki, bu, beynəlxalq idman yarışlarının təşkili ilə bağlıdır. Çox optimist hökumətimiz var - ağır böhran illəri dövründə belə idamansevər xarakterini və nikbinliyini qoruya bilir".

XS
SM
MD
LG