Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:12

İranda qalmaqal: "Parlament qadınların və eşşəklərin yeri deyil"


İran parlamenti. İllüstrasiya
İran parlamenti. İllüstrasiya

►Deputatın mandatından məhrum edilməsinə çağıranlar da var

İranlı mühafizəkar deputat qadınların parlamentə buraxılmamalı olduğunu bəyan edəndən sonra tənqid hədəfinə çevrilib.

"Parlament qadınların yeri deyil, kişilərin yeridir," deyə deputat Nader Ghazipur onlayn yerləşdirilmiş bir videoda bəyan edir. O, videoda həmçinin bildirib ki, qadınlar təhqir edilə bilərlər. O həmçini qadınları "eşşəklər"lə eyni kateqoriyaya qoyub.

"Biz ölkənin üzərində nəzarəti asanlıqla əldə etməmişik ki, indi də hər tülkünü, uşağı, eşşəyi parlamentə buraxaq. Parlamenr eşşəklərin yeri deyil," deyə o bildirib.

57 yaşlı Ghazipour keçən həftə vətəni olan Urmiyə şəhərindən yenidən deputat seçilib. Belə görünür ki, o bu sözləri öz seçki qərərganında bir görüş zamanı deyib.

Onun bu şərhi elə bir vaxtda ortaya çıxıb ki, rekord sayda, yəni 20 qadının 26 fevral seçkilərindən sonra parlamentdə yer alacağı gözlənilir.

Ghazipurun bu yaxınlarda Youtube-a yerləşdirilmiş videosu həm internetdə, həm də ondan kənarda ziddiyyətli və kəskin şərhlər doğurub. Deputatın vəzifəsindən uzaqlaşdırılmasına çağıranlar da var.

İran xəbər saytları bildirir ki, hökumətin qadın və uşaq məsələləri idarəsinin məlumat şurasının rəhbəri Zahra Nejadbahram Ghazipur-un vəzifəsindən azad edilməli olduğunu deyib.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

"Düşüncəsi ona ölkə əhalisinin yarısını təhqir etməyə imkan verirsə onda o, reaksiya gözləməlidir. Reaksiya isə onun səlahiyyətlərinin əlindən alınması olmalıdır," deyə Nejadbahram martın 2-də bildirib.

İnqilabçı Qadınların İslam Cəmiyyəti adlı qadın qrupunun Urmiyə qolu bildirib ki, Ghazipur "qadınlara qarşı açıq-aşkar və abırsız hörmətsizliyinə" görə səlahiyyətlərindən məhrum edilməlidir.

Sosial mediada bəziləri Ghazipurun namizədliyini təsdiq etmiş Keşikçilər Şurasını onun səlahiyyətlərini əlindən almağa çağırıb. Digərləri isə deputatı sərt və qeyri-diplomatik tərzi ilə tanınmış keçmiş prezident Mahmud Ahmadinejada bənzədib.

Öz İnstaqram səhifəsində Ghazipur Urmiyə qadınlarından üzr istəyib, özünü isə İranın Ali Dini Lideri Ayatollah Ali Khameneinin "xidmətçisi və əsgəri" adlandırıb.

"Mən Urmiyə xanımlarının hisslərinə toxunmuş sözlərimə görə üzr istədim, çünki mən onlar haqqında danışmırdım," deyə o yazıb.

Mədən və Sənaye Komissiyasının üzvü olan Ghazipurun tərcümeyi-halında deyilir ki, o, 1980-88-ci illərdə "ölkəsini və İslam dəyərləeini" müdafiə etmək üçün İraqla müharibədə vuruşub.

Onun tərcümeyi-halında 1981 və 1985-ci illərdə Khameneinin kampaniya meneceri olduğu da qeyd olunub.

Buna da bax: Bakının "basdırılan" daş yolları- [Fotolar]

XS
SM
MD
LG