Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 21:47

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri görüşüb


Elmar Mammadyarov və Edward Nalbandian
Elmar Mammadyarov və Edward Nalbandian

Hamburqda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib.

Bu barədə Ermənistan XİN-in sözçüsü Tiqran Balayan özünün "Twitter" səhifəsində yazıb.

Görüş dekabrın 8-i, axşam saatlarında ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə keçirilib.

Görüşdə həmsədrlər də iştirak ediblər.

Xəbəri Azərbaycan xarici işlər nazirliyinin sözçüsü Hikmət Hacıyev də təsdiqləyib.

“Bundan əvvəl Ermənistan tərəfi hər vəchlə 2+3 formatında görüşlərdən qaçırdı, Fransa tərəfinin Hamburq görüşündən əvvəl irəli sürdüyü bu təklifə münasibət bildirmirdi. Şam yeməyi əsnasında növbəti il üçün danışıqlar prosesinin davam etdirilməsi və gündəlikdə duran məsələlər ətrafında fikri mübadiləsi aparılıb”, deyə o bildirib.

Hələlik görüşün detalları barədə məlumat verilmir.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrinin xarici işlər nazirləri - John Kerry (ABŞ), Sergei Lavrov (Rusiya) və Jean-Marc Ayrault (Fransa) Dağlıq Qarabağ münaqişəsinə dair birgə bəyanat yayıblar.

AZƏRTAC-ın xəbərinə görə, XİN rəhbərləri bəyanatda münaqişənin danışıqlar yolu ilə həllinə tam sadiq qaldıqlarını bildirirlər. «Biz aprel ayında qoşunların təmas xəttində baş vermiş gərginliyi nəzərə alaraq, davam edən silahlı insidentlərdən, ağır silahlardan istifadədən, həmçinin güc tətbiqi barədə yayılan məlumatlardan narahatlığımızı ifadə edirik. Güc tətbiqini və ya güc tətbiqi təhlükəsini qətiyyətlə pisləyirik», - deyən nazirlər münaqişənin sülh yolu ilə həllinin vacibliyini vurğulayıblar. Onlar qeyd ediblər ki, dinc əhalinin öldürülməsi və yaralanması yolverilməzdir.

XS
SM
MD
LG