Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 03:14

Cəbhədə yenidən nə baş verir? [reaksiyalar]


Erməni mənbələrinin fotosu.
Erməni mənbələrinin fotosu.

“Nikolay Bordyuja öz işiylə məşğul olsun. Onun bəyanat vermək səlahiyyəti yoxdur”

“Burdan nə baş verdiyini demək çox çətindir, ancaq onu deyə bilərəm ki, sülh olmayan, danışıqlar aparılmayan yerdə hər zaman gərginliyin artması və bu gərginliyin də geniş toqquşmalara gətirib çıxarması qaçılmazdır”, - deputat Rasim Musabəyov Azərbaycan Ermənistan sərhədində baş verənləri şərh edərkən AzadlıqRadiosu-na belə deyir.

Buna da bax:​ Sərhəddə toqquşmalar. Baş katib 'DQR' ifadəsi işlətdi

Deputat: “Müharibənin bərpası da mümkündür”

O, növbəti aylarda “bu cür toqquşmaların” təkrarlanmasını istisna etmir. “Bu, sülh olmayan yerdə realdır. Mənim sözüm deyil, ABŞ-ın təhqiqat mərkəzlərinin proqnozlarına görə, nəinki toqquşmalar, lap böyük münaqişə, müharibənin bərpası da mümkündür”.

Politoloq: “Növbəti il ağır olacaq”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, Azərbaycan-Ermənistan sərhədində baş verən silahlı insident növbəti ilin də “ağır keçəcəyinə və lokal toqquşmaların baş verməsi ehtimalının yüksək olduğuna işarədir”.

Buna da bax: Bordyuja: Qarabağda atəşkəs üçün 6 dövlət çalışıb...

Elxan Şahinoğlu: 'Növbəti il ağır olacaq'
Gözlə

No media source currently available

0:00 0:02:13 0:00
Direct-ə keçid

“Yeni heç nə baş vermir”, - bunu da politoloq Zərdüşt Əlizadə deyir. “30 ilə yaxındır ki, siyasi oyun gedir. Oyunçuların bir məqsədi var - münaqişə davam etsin. Münaqişənin həllinə tələb olunan barış potensiallarından istifadə edilmir, şüurlu şəkildə xalqları bir-birinə qarşı qışqırdır, ədavət toxumu səpirlər. Arada da Azərbaycan və Ermənistan hakimiyyəti öz faydalarını götürürlər”.

Zərdüşt Əlizadə: '30 ilə yaxındır ki, siyasi oyun gedir'
Gözlə

No media source currently available

0:00 0:01:09 0:00
Direct-ə keçid

O ki qaldı, bu cür toqquşmaların böyüyərək müharibəyə çevrilməsinə, Zərdüşt Əlizadə bunu istisna edir: “Azərbaycanla Ermənistanın məhdud resursları var. Uzağı, 10-15 gün müharibə apara bilərlər. Bundan başqa, hər ikisi də müstəqil siyasət apara bilməyən, asılı dövlətdir”.

MM üzvü: “Bordyuja işiylə məşğul olsun”

Ermənistanla Azərbaycanın qarşılıqlı ittihamlarla çıxış etdiyi vaxtda politoloqlar, analitiklər “nə baş verir” sualına cavab düşünərkən, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja olub-bitənlərə reaksiyasız qalmayıb. Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat da verib.

Buna da bax:​ Kocharian: 'Azərbaycanın mövqeyi elə bir mərhələyə gətirib çıxarıb ki...'

Deputat Rasim Musabəyov baş katibin söylədiklərini önəmsəməyi düzgün saymır: “Nikolay Bordyuja öz işiylə məşğul olsun. Onun bəyanat vermək səlahiyyəti yoxdur. Bu cür hallarda dövlət başçıları yığışaraq qərar verirlər. Onlar isə bu baxımdan heç zaman Ermənistanın mövqeyini dəstəkləməyiblər”.

Rasim Musabəyov: 'Bu gərginliyin də geniş toqquşmalara gətirib çıxarması qaçılmazdır'
Gözlə

No media source currently available

0:00 0:01:11 0:00
Direct-ə keçid

Bordyuja insidentlə bağlı “faktiki, Azərbaycanı günahkar saysa”, “tanınmayan Dağlıq Qarabağ Respublikası” yerinə “Dağlıq Qarabağ Respublikası” ifadəsi işlətsə də, Elxan Şahinoğlu bir məqama ayrıca diqqət çəkir: “Ermənistan bu qurumun üzvü olsa da, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının digər üzvləri - Qazaxıstan, Qırğızıstan və Belarus Dağlıq Qarabağı Azərbaycanın ərazisi sayır və ona görə də bu istiqamətdə gedən lokal toqquşmalara qarşı çıxa bilmirlər”. Politoloq aprel döyüşləri zamanı da KTMT katibliyinin Ermənistanı müdafiə edə bilmədiyini xatırladır.

“KTMT üzvünü qoruya bilmir”

Buna da bax:​ Erməni generalın baş katib seçilməsinə Azərbaycan mane olur?

Elxan Şahinoğlunun qənaətincə, KTMT “yararsız qurumdur və öz üzvünü müdafiə edə bilmir”. “Rəsmi Yerevanın və baş katib Nikolay Bordyuja-nın iddia etdikləri kimi, Azərbaycanın kəşfiyyat qrupu Ermənistan ərazisində əməliyyat keçiribsə, onda niyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı öz üzvünü qoruya bilmir? Axı təşkilatın nizamnaməsinə görə, üzv dövlətlərdən hər hansı birinə hücum olarsa, digər üzv dövlətlər ona hərbi dəstək verməlidirlər”.

Politoloq deyir ki, bu nizamnamədə belə olsa da, reallıqda KTMT-nin öz üzvünü qoruması üçün mexanizmi yoxdur. O, quruma üzv dövlətlərdən Qazaxıstan və Qırğızıstanın baş katibin söylədiklərinə qarşı çıxmalarını da istisna etmir.

XS
SM
MD
LG