Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 00:07

«Quş qripi» təhlükəsinin get-gedə azaldığı bildirilir


Martın 27-də Füzuli rayonunun Böyük Bəhmənli kəndində «quş qripi» virusunun yayılmasının qarşısının alınması məqsədilə elan edilmiş karantin götürülüb. Məlumatı «Azadlıq» radiosuna Dövlət Baytarlıq Xidmətinin sözçüsü Yolçu Xanvəli verib. Onun sözlərinə görə, bu kənddə artıq «quş qripi» virusu təhlükəsi qalmayıb. İndi karantin ancaq Ağdamın Bənövşələr kəndində qalır.

Xəstəliyin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsi üzrə Dövlət Komissiyasının məlumatında isə deyilir ki, miqrasiya edən çöl quşları ölkə ərazisini tərk etdiyindən «quş qripi» virusunun yayılması təhlükəsi get-gedə azalır: «Son günlər çöl quşları arasında ölüm hallarının sayı kəskin azalıb».


XS
SM
MD
LG