Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 11:14

Dünya Bankı «quş qripi» ilə bağlı Azərbaycana 5, 1 milyon dollar ayırıb


Martın 28-də Dünya Bankının (DB) Direktorlar Şurası Azərbaycanda «quş qripi»nin profilaktikası, xəstəliyə hazırlıq və reaksiya tədbirlərini maliyyələşdirmək üçün 5, 1 milyon dollar məbləğində vəsait ayrılmasına razılıq verib.

DB-nin Bakı ofisinin yaydığı məlumatda deyilir ki, bu vəsait virusla bağlı Azərbaycana yardım göstərmək üçün İnstitusional Quruculuğa İkinci Texniki Yardım (İBTA II) layihəsinin restrukturizasiyası yolu ilə ayrılıb.


«Dünya Bankı İBTA II layihəsinin restrukturizasiyasını rekord müddətdə həyata keçirib ki, «Quş qripi» ilə Mübarizə üzrə Azərbaycanın Dövlət Komissiyası bu təhlükənin aradan qaldırılması üçün öz fəaliyyət planını həyata keçirə bilsin», - deyə, DB-nin Cənubi Qafqaz üzrə direktoru Donna Dousett-Koirolo deyib.


Azərbaycan DB-yə 1992-ci ildə qoşulub. Həmin vaxtdan bəri bank Azərbaycana 930 milyon ABŞ dolları vəsait ayırıb.


XS
SM
MD
LG