Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:55

Naxçıvanın dövlət büdcəsi 277 milyon manat təsdiqləndi


Naxçıvan Respublikası Ali Məclisi
Naxçıvan Respublikası Ali Məclisi
Gələn il üçün Naxçıvan Muxtar Respublikasının (MR) dövlət büdcəsi 277 milyon manat təsdiqləndi. Büdcə dekabrın 16-da Ali Məclisin üçüncü çağırış altıncı sessiyasında qəbul olunub.

MR Ali Məclisinin deputatı Zahid İsmayılovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, büdcənin 35 milyon manatı yerli gəlirlər, qalanı isə Azərbaycanın dotasiyası hesabınadır. 2009-cu il üçün MR-nın səhiyyəsinə 60 milyon manat, təhsilinə isə 20 milyon manat ayrılıb.

Sessiyada MR Ali Məclisinə «Seçkilər haqqında» qanuna da əlavə və dəyişikliklər edilərək Azərbaycan Respublikasının Seçkilər Məcəlləsinə uyğunlaşdırılıb. Amma, MR Mərkəzi Seçki Komissiyasının formalaşdırılması fərqlidir. Naxçıvanın MSK-sı 7 nəfər bitərəfdən ibarətdir, dəyişikliklərdən sonra həmin tərkibə heç bir dəyişiklik edilməyib.

Sessiyaya ancaq dövlət mətbuat orqanının nümayəndələrinin iştirakına icazə verilib. 45 deputatın təmsil olunduğu Naxçıvan MR Ali Məclisinin sessiyaları adətən ildə iki dəfə - ilin əvvəlində və sonunda keçirilir.
XS
SM
MD
LG