Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 12:01

«Sakinlərlə bağlı Nazirlər Kabineti qərar verməlidir»


Dekabrın 13-də Nizami rayonu, Naxçıvanski-34 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş verib
Dekabrın 13-də Nizami rayonu, Naxçıvanski-34 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş verib
Bakının Nizami rayonu, Naxçıvanski-34 ünvanındakı evlə bağlı dövlət komissiyası rəyini açıqlamalıdır. Evakuasiya edilən sakinlərlə bağlı isə Nazirlər Kabineti qərar verməlidir. Bunu «Azadlıq» radiosuna Nizami rayonu İcra Hakimiyyəti başçısının birinci müavini Ərrəhman Həsənov deyib. Onun sözlərinə görə, sakinlər üçün ayrılmış uşaq bağasını bəyənməyənlər öz yaxınlarının evində qala bilərlər. Amma onlara kompensasiya verilməsi, kirayə haqqı ödənilməsi, binanın sökülüb-sökülməyəcəyilə bağlı məsələlərin həlli rayon İcra Hakimiyyətinin imkanları xaricindədir.
Dekabrın 13-də Nizami rayonu, Naxçıvanski-34 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş verib. Hadisə nəticəsində binanın bir bloku dağılıb, 2 nəfər ölüb, 6 nəfərsə yaralanıb. Partlayışa səbəb kimi qaz sızması göstərilir. Binanın sakinlərinə müvəqqəti yaşamaq üçün uşaq baxçası ayrılıb.
XS
SM
MD
LG