Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:12

Şahnaz Qulami 6 ay azadlıqdan məhrum edildi


Şahnaz Qulami ötən il noyabrın 9-dan 10-a keçən gecə həbs olunub
Şahnaz Qulami ötən il noyabrın 9-dan 10-a keçən gecə həbs olunub
Təbriz İnqilab Məhkəməsi İranda insan haqlarının müdafiəçisi kimi tanınan Şahnaz Qulami haqqında 6 ay azadlıqdan məhrumetmə cəzası çıxarıb. İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının üzvü Vahid Qarabağlının «Azadlıq» radiosuna verdiyi xəbərə görə, Ş.Qulami milli bölücülüklə məşğul olduğu üçün azadlıqdan məhrum edilib.

V.Qarabağlı eyni zamanda jurnalist fəaliyyətilə məşğul olan Şahnaz Qulaminin artıq bir neçə dəfədir İran Azərbaycanında milli və qadın haqlarını tələb etdiyinə görə, həbs edildiyini deyir. Sonuncu həbsindən təxminən 20 gün öncə isə Şahnaz Qulami öz bloqunda İran Azərbaycanında milli fəal Əmaninin iki qardaşı ilə birgə avtomobil qəzasında həlak olmasında müəmmalı məqamlar olduğu ilə bağlı yazı yazmış, hökumətdən baş verən olayla bağlı xüsusi araşdırma aparılmasını istəmişdi.

Şahnaz Qulaminin vəkili Məhəmmədəli Dadğah da müdafiə etdiyi şəxsə qarşı elan edilən hökmün heç bir fakta əsaslanmadığını bildirir.

***

İranda qadınlara bərabər hüquq tələb edən azərbaycanlı jurnalist Şahnaz Qulaminin apellyasiya şikayətinə nə zaman baxılacağı bəlli deyil. Şikayət İnqilab Məhkəməsinə daxil olsa da, mühakimə gününün dəqiq vaxtı müəyyənləşməyib. Bunu «Azadlıq» radiosuna onun vəkili Neqi Mahmudi deyib. Vəkil deyir ki, azərbaycanlı jurnalist Şahnaz Qulami İran əleyhinə cinayətə görə, mühakimə olunur. Bir neçə ay bundan əvvəlsə, Təbriz İnqilab Məhkəməsinin 1-ci Şöbəsi Qulamiyə dövlət quruluşuna qarşı təbliğat ittihamı ilə 6 ay həbs cəzası vermişdi. Qulami bu hökmdən də apellyasiya şikayəti verib. Hələ ki, həmin şikayətə də baxılmayıb.
Şahnaz Qulaminin həbsinə səbəb kimi onun son zamanlar milli hüquqlar uğrunda hərəkatın fəalı Qulamrza Əmaninin avtomobil qəzasında ölümü ilə bağlı irəli sürdüyü ehtimalların da durduğu bildirilir.
Vəkil Neqi Mahmudi: «Şahnaz Qulami deyirdi ki, Əmanini və digərlərini polis öldürüb, sənədlərdə də bu göstərilirdi. Polis tərəfdən də şikayət olmuşdu ki, xanım Qulami saxta xəbərlər yayıb. Saxta olub, olmasa da, məncə, bir jurnalisti buna görə sorğu-suala çəkmək və həbs etmək doğru deyil. Jurnalistlər dünyanın hər yerində öz fikirlərini azad yayırlar».
Şahnaz Qulami bu ehtimalları müəllifi olduğu «azarwomen» bloqunda da dərc edib.

Şahnaz Qulami ötən il noyabrın 9-dan 10-a keçən gecə həbs olunub.

O, Xalq Mücahidlər Hərəkatında siyasi fəaliyyətinə görə, 1989-cu ildən 1994-cü ilədək həbsdə olub. 2007-cı ilin mayında isə «İran» qəzetində azərbaycanlıları təhqir edən karikatura ilə bağlı etirazların ildönümündə iştirakına görə də bir ay həbsdə saxlanılıb. Şahnaz Qulami «azarwomen» bloqunun yaradıcısı və İranda Qadın Jurnalistlər Assosiasiyasının («Roza») üzvüdür.
XS
SM
MD
LG