Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:34

Ankara Nabukko ilə bağlı mövqeyini dəyişə bilər


Rəcəb Tayyib Ərdoğan son dörd ildə ilk dəfə yanvarın 19-da Brüsselə səfər edib
Rəcəb Tayyib Ərdoğan son dörd ildə ilk dəfə yanvarın 19-da Brüsselə səfər edib
Türkiyənin baş naziri Nabukko kəmərinə ölkəsinin verdiyi dəstəyə yenidən baxa biləcəyini deyib. Rəcəb Tayyib Ərdoğan son dörd ildə ilk dəfə yanvarın 19-da Brüsselə səfər edib. Türkiyənin Avropa Birliyinə qoşulmasıyla bağlı müzakirələr aparır.
Ərdoğan bildirib ki, Türkiyənin Avropa Birliyinə üzvlük danışıqları bərpa olunmasa, Ankara Nabukko kəmərinə verdiyi dəstəyə yenidən baxa bilər.

2015-ci ilə qədər tikiləcəyi nəzərdə tutulan 12 milyard dollarlıq Nabukko kəməri Xəzər regionundan təbii qazın Rusiyadan yan keçməklə Türkiyə vasitəsilə Avropaya çatdırılmasını nəzərdə tutur. Avropa həmin kəməri Rusiya qazından asılılığının aradan qaldırılmasında əsas layihə hesab edir.

Türkiyənin Avropa Birliyinə üzvlük danışıqları 2005-ci ildə başlamışdı. Amma sonradan Kipr problemində Avropa ilə anlaşılmazlıq üzündən danışıqlar dayandı.
XS
SM
MD
LG