Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:23

Həmsədrlər Sürix görüşünün nəticələrinə dair bəyanat verib


Həmsədrlər hesab edirlər ki, münaqişənin nizamlanması indiki «status-kvo» vəziyyətindən daha sərfəlidir
Həmsədrlər hesab edirlər ki, münaqişənin nizamlanması indiki «status-kvo» vəziyyətindən daha sərfəlidir
Həmsədrlər ümid edirlər ki, münaqişənin yaxın gələcəkdə sülh yolu ilə nizamlanmasına nail olmaq üçün tərəflər fikir ayrılığı olan məsələlərdə ortaq məxrəcə gələ biləcəklər.
ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan prezidentlərinin Sürix görüşünün nəticələrinə dair birgə bəyanatında belə deyilir.

«Münaqişənin nizamlanması tərəflər üçün indiki «status-kvo» vəziyyətindən daha sərfəlidir. Həmsədrlərin məqsədi Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktında nəzərdə tutulan ərazi bütövlüyü, öz müqəddəratını təyin etmə və güc tətbiqinin yolverilməzliyi prinsipləri əsasında ədalətli və balanslaşdırılmış həll yolunu tapmaqdır».

Yanvarın 27-də həmsədrlər Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşüb və bir gün sonra prezidentlər İlham Əliyev və Serj Sərkisyanın Davosda keçirilən Ümumdünya İqtisadi forumu çərçivəsində görüşünü təşkil ediblər.

Görüşdə həmsədrlər prezidentlərin Dağlıq Qarabağ münaqişəsinin 2007-ci ilin noyabrında ATƏT-in Madrid sammitində irəli sürülmüş prinsiplər əsasında sülh yolu ilə nizamlanmasına dair mövqelərini aydınlaşdırıblar. Həmsədrlər hər iki ölkənin xarici işlər nazirləri ilə baza prinsipləri ətrafında fikir ayrılıqlarını aradan qaldıracaq daha detallı təkliflər hazırlamaq işini davam etdirməyə razılıq veriblər.
XS
SM
MD
LG