Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 00:08

Bizə yol verin…


Təcili tibbi yardım maşınları həm səs, həm də işıq siqnallarından istifadə edirlər, amma digər maşınlar buna məhəl qoymur
Təcili tibbi yardım maşınları həm səs, həm də işıq siqnallarından istifadə edirlər, amma digər maşınlar buna məhəl qoymur
Mən də təcili tibbi yardım maşını ilə çağırışa gedirdim, deyilən ünvana 20 dəqiqəyə çatdıq. Halbuki, sürücü Eyvaz Qəniyev hələ yola çıxarkən mənə dedi ki, çağırışa 5 dəqiqəyə çatmaq olar.

Eyvaz deyir ki, vaxtla bağlı ilkin proqnozları yalnız gecə saatlarında gerçəkləşir. Gündüzlər isə tıxaclar buna imkan vermir. Amma sürücü həmsöhbətim təkcə tıxaclardan gileylənmirdi, digər sürücülərin təcili tibbi yardım maşınına münasibəti də bu sahədə işləyənlərin ağrılı yeridir.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidovun dediyinə görə, vaxt itkisi bəzən xəstələrin həyatı bahasına başa gəlir və ya digər mənfi fəsadlarla nəticələnir. Baş həkim deyir ki, belə bir nəticəyə gətirib çıxaran səbəblərdən biri – tıxaclardan nisbətən yaxa qurtarmağın yolunu tapıblar. Nəqliyyatın sıx olduğu vaxtlarda və yerlərdə təcili tibbi yardım maşınları keşik çəkirlər ki, çağırılan ünvana tez yetişsinlər. Bəzən isə ara yollardan istifadə edirlər.

Amma Mürsəl Həmidovun sözləri ilə desək, səbəblərdən biri – digər sürücülərin təcili tibbi yardım maşınlarına yol verməməsi problemi həll olunmur ki, olunmur:

(Reportajın mətni videosüjetdən sonra davam edir)
Təcili yardım tıxacda
Gözlə
Embed

No media source currently available

0:00 0:01:44 0:00
Direct-ə keçid


«Baxmayaraq ki, təcili tibbi yardım maşınları həm səs, həm də işıq siqnallarından istifadə edirlər, digər maşınlar buna məhəl qoymurlar. Xahişim odur ki, yol versinlər. Fikirləşsinlər ki, bəlkə həmin anda təcili tibbi yardın maşını həmin şəxsin yaxınlarına, dostlarına yetişmək üçün tələsir».

Eyvaz Qəniyevin idarə etdiyi maşınla təcili yardım göstərməyə tələsən Həkim Vüsalə Muxtarova deyir ki, bu gün artıq bir xəstənin yanına gecikiblər.
Yol Hərəkəti haqqında qanun da tələb edir ki, sürücülər səs və işıq siqnallarından istifadə edən təcili tibbi yardın maşınlarına yol versinlər. Bu tələbi pozanlar üçün cərimə də nəzərdə tutulub – 20 manatdan 40 manatadək.

Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri Ərəstun Məcidov əlində dəqiq rəqəmlər olmadığını desə də, əmin etməyə çalışır ki, onlar bu cür qanun pozuntuları aşkar edərkən lazımi tədbirlər həyata keçirirlər. Onun sözlərinə görə, görünür cərimənin azlığı sürücülərin gözünü qorxutmur:

«Bizdə yol hərəkəti sahəsində sürücülərin yol verdiyi xətalara görə cərimə sanksiyalarının miqdarı hətta MDB məkanını ölkələri ilə müqayisədə azdır. Hesab edirik ki, bir sıra qayda pozuntularına görə, məsuliyyətin gücləndirilməsi yaxşı olardı. Amma hələlik bu barədə bizim tərəfimizdən təklif olmayıb».
Tıxacların xüsusilə bol olduğu 28 may küçəsində yaşayan növbəti xəstə yəqin ki, təcili yardım maşınını gecikdirən səbəblərdən də, buna qarşı görülən tədbirlərdən də xəbərsizdi. Amma Eyvaz Qəniyev deyir ki, o, həkimi yardım gözləyən xəstəyə çatdırmaq üçün əlindən gələni edir - hətta bundan ötrü ara yollardan istifadə etmək və başqa sürücülərlə mübahisə etmək lazım gəlsə belə...

XS
SM
MD
LG