Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 03:18

DİN-də aparılan araşdırmalarda yeni faktlar ortaya çıxıb


Səs: Real audio
"Demokratiyanın qələbəsi Rusiyanın məğlubiyyəti kimi qəbul olunur" Respublikanın baş prokuroru Zakir Qaralov deyir ki, «prezidentin ciddi səyi nəticəsində uzun müddət fəaliyyət göstərən mütəşəkkil dəstə ifşa olunandan bu günə qədər 21 nəfər həbs edilib. 10 adam oğurluğu faktı təsdiq edilib, 11 nəfər qəsdən adamöldürmə cinayəti sübuta yetirilib. Hazırda bu şəxslər ətrafında istintaq əməliyyat tədbirləri davam etdirilir. Hesab edirik ki, bu dəstənin digər cinayət əməlləri də var. Bu istiqamətdə tədbirlər görülür».



Milli təhlükəsizlik naziri Eldar Mahmudov isə deyir ki, adam oğurluğunda və bir sıra qətllərin törədilməsində ittiham edilən DİN-in Baş Cinayət Axtarış İdarəsinin keçmiş məsul əməkdaşı Hacı Məmmədovun vəziyyəti normaldır və yaxın vaxtlarda o, istintaqa ifadə verməkdə davam edəcək. Eldar Mahmudov deyir ki, Hacı Məmmədova yenidən özünün və ya kimsənin qəsd etməsi mümkün deyil. Çünki bunun qarşısını almaq üçün bütün tədbirlər görülüb.



Milli təhlükəsizlik naziri Daxili İşlər Nazirliyində aparılan araşdırmalarda yeni faktların ortaya çıxdığını da bildirir və deyir ki, onlar öz təsdiqini tapandan sonra ictimaiyyətə məlumat veriləcək.



Eldar Mahmudov adam oğurluğu və qətllərlə məşğul olan dəstə barədə bir neçə il əvvəl Respublika Prokurorluğunun MTN-ə məlumat verməsi ilə bağlı da araşdırma getdiyini söylədi. Onun dediyinə görə, bu məlumata qeyri—ciddi yanaşılmasının səbəbləri araşdırılır və nəticələri ictimaiyyətə çatdırılacaq.
XS
SM
MD
LG