Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:45

«Qaçqın qatarı»


Səs: Real audio
Xavyer Solana gələn il münaqişənin həllində dönüş ola biləcəyini deyib Hələ də vaqonda yaşayan qaçqınlar, köçkünlər var. Özü də minlərlə



Əslində, İmişli Azərbaycanın adi aran rayonlarından biridir. Azərbaycanın aran rayonlarını bir-birindən fərqləndirmək çox çətindir. O ki qala ona nəğmə qoşasan. Eyni quruluşlu evlər, göz tutduqca uzanıb gedən qamışlı ərazilər və bu ərazilərə həyat verən Kür çayı boyunca kanallar. Kanallar burada yaşayan insanlara təkcə əkin yerlərini suvarmaq, öz gün-güzaranlarını yaxşılaşdırmaq üçün lazım deyil. Kanallar burada həm də coğrafi istiqaməti göstərir.



İmişliyə qatarla gəlmisənsə, şəhərə girməyə tələsmə. Sol tərəfdə dəmiryolu boyunca yüzlərlə, bəlkə də minlərlə vaqonlar uzanıb gedir. Bu vaqonların istifadə müddəti çoxdan başa çatıb. Ancaq indi onlarda Füzulidən, Cəbrayıldan, Laçından qaçqın düşən insanlar yaşayır. Nə az, nə çox düz 12 ildir həmin vaqonlar İmişliyə sığınan qaçıqınların ixtiyarına verilib. Bu insanların necə yaşadıqlarını görmək üçün bir anlıq ayaq saxla.



- Dövlətdən istədiyimiz odur ki, bizi bu dəmirdən qurtarsın.



Bunu ilk qarşılaşdığım bir qaçqın qadın deyir. Ancaq deyəsən, insandır dözən. Dəmir vaqonların bəziləri çoxdan bu insanları qardan, yağışdan qoruya bilmir. Qaçqınlar danışırlar ki, azacıq yağış, qar yağdımı, köhnə uçuq-sökük vaqonlar dammağa başlayır. Bəzilərinin üstünə ona görə də sellofan örtüklər çəkilmişdi. Ancaq dəmir tap gətirməyən yerdə sellofan örtüklər neyləsin.



Qaçqınların çoxu işsizdir. Gözlərini BMT-nin Ümumdünya Ərzaq Proqramı çərçivəsində verilən yardıma dikiblər. Qaçqınların dediklərinə görə, həmin yardımla dolanmaq çox çətindir:



"Aya, Adam başına 6 kiloqram un, 1 kiloqram 200 qram yağ, yarım kiloqram şəkər tozu və bir də duz verirlər". Bunu da başqa bir qaçqın qadın deyir.



Bütün bu yardımdan başqa Azərbaycan hökuməti də adambaşı hər bir qaçqına hər ay 30 min manat çörək pulu verir. Bundan başqa, hər ay hər bir ailəyə 40 litr yanacaq göndərilir. Ancaq qaçqınların sözlərinə görə, işıqlar tez-tez söndüyündən bəzən ay tamam olmamış bu verilən yanacaq da qurtarır.



Qaçqınlar Komitəsinin İmişli rayon Şöbəsinin əməkdaşı Şikar Yusifov bildirir ki, bu vaqonlarda 4 min 500-dən çox ailə məskunlaşıb. İlk illər əhalinin ümumi sayı təqribən 20 minə yaxın olub. İndi isə onların sayı xeyli azalıb. Kimisi Bakıya, kimisi qaçqınlar üçün yeni tikilən Örənqala, Qaydış qəsəbələrinə köçüb, kimlərsə də vaqonlardaca dünyasını dəyişib.



Şikar Yusifovun sözlərinə görə, onlar əllərindən gələni əsirgəmirlər. Bəzi vaqonların üstünə sellofanlar alıb çəkdiriblər. Bundan artığına isə gücləri çatmır. Bircə ona ümid edirlər ki, 2006-cı ildə qaçqınlar üçün yeni qəsəbələr tikilməlidir. Yalnız onda vaqonlardakı bütün bu əzab-əziyyətlərə son qoymaq olar.



İmişli rayon İcra Hakimiyyətində də vaqonlarda yaşayan qaçqınların problemlərinin həllini onların yeni salınacaq qəsəbələrə köçürülmələrində görürlər.



İcra hakimiyyəti başçısının müavini Səfa Ağayev deyir ki, qaçqınların problemlərinin həlliylə bağlı dövlət başçısının bir sıra sərəncamları onların üzərinə konkret vəzifələr qoyur. İmişli rayon İcra Hakimiyyəti də bu vəzifələri yerinə yetirməyə çalışır.



Düz 11 il əvvəl də məhz soyuq dekabr günlərində vaqonlarda məskunlaşan qaçqınların güzəranı ilə tanış olmaq üçün İmişliyə gəlmişdim. O vaxtdan İmişlidə çox şey dəyişib. Təkcə elə üç icra başçısı əvəzlənib. Şəhərdə xeyli yeni tikililər var. Küçələr də daha təmiz olub.



İcra Hakimiyyətinin qarşısında isə Heydər Əliyev adına yeni park sal
XS
SM
MD
LG