Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 09:40

Abdulla Gül: «Əminəm ki, AŞPA ilə problem varsa, Azərbaycan hökuməti onu həll edəcək»<p align=`left`><br><br>


Səs: Real audio
Türkiyənin Xarici İşlər naziri «Azadlıq» radiosuna eksklüziv müsahibə verib. Həmin müsahibəni təqdim edirik - Ümumi fikir bundan ibarətdir ki, 2006-cı il Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm irəliləyiş ola bilər...



Abdulla Gül: Biz 2006-cı ildə məqbul razılaşma əldə olunacağına ümid edirik. Qorxumuz ondandır ki, proses yubanarsa, başqa amillər ona mane ola və problem həll edilməmiş qala bilər. Bu münaqişənin həlli Qafqazda situasiyanı olduqca yüngülləşdirə bilər.



- Avropa Şurası Parlament Assambleyasında uzun sürən mübahisə və müzakirələrdən sonra Azərbaycan nümayəndə heyətinin mandatı təsdiqləndi. Amma qurum məruzəçisi Andreas Qross demokratikləşmə və islhatlardakı nöqsanlara toxunaraq dedi ki, onlar beş ildir Azərbaycanda monitorinq aparırlar, ancaq irəliləyiş yoxdur...



Abdulla Gül: Bu, vacib prosesdir. Bu, hər ölkənin başına gələ bilər. Doğrusu, demokratiyanı, islahatları gücləndirmək ölkələrin öz xeyrinədir və bunları əslində, təkcə Avropa Şurasına həvalə etməmək lazımdır. Mən əminəm ki, problemlər varsa, Azərbaycan hökuməti onunla məşğul olacaq və bu problemlər həllini tapacaq. Düşünürəm ki, Avropa Şurası Azərbaycan üçün çox vacibdir. Bu quruma üzvlük asan qazanılmayıb. Mən bunu çox yaxşı bilirəm, çünki özüm də bunun üçün çox çalışmışam.



- Yəni, Azərbaycan Avropa Şurasının qiymətini bilməlidir?



Abdulla Gül: Yox, hər iki tərəf bu münasibətləri yüksək qiymətləndirməlidir. Avropa Şurası Azərbaycan üçün vacib olduğu kimi, Azərbaycan da Qafqazın önəmli ölkəsi kimi Avropa Şurası üçün mühümdür. Çalışıb problemləri həll etmək lazımdır.
XS
SM
MD
LG