Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:26

Misir Mərdanov saxta diplomlarla mübarizədə aciz olduğunu deyir<p align=`left`><br><br>


Səs: Real audio
Nazir sadəcə, valideynlərə həmin institutlara uşaqlarını göndərməməyi tövsiyə edir Təhsil Nazirliyindəki daimi komissiya bu günə qədər saxta diplomların tanınmaması barədə 20-dək qərar verib.



Bunu Təhsil naziri Misir Mərdanov yanvarın 31-də keçirdiyi mətbuat konfransında bildirdi. Onun sözlərinə görə, hazırda komissiya Gürcüstan və Rusiya ərazisində fəaliyyət göstərən bir çox ali təhsil müəssisələrinin filiallarından alınmış və ciddi şübhə doğuran diplomlar üzərində araşdırmalar aparır.



Nazir bildirir ki, o, saxta diplomlar verən ali təhsil müəssisələrinin fəaliyyətinin dayandırılmasında acizdir, sadəcə, valideynlərə həmin institutlara uşaqlarını göndərməməyi tövsiyə edir.



Cənab Mərdanov onu da əlavə edir ki, nazirlikdə yaranmış «qaynar xətt»ə qış imtahan sessiyalarında baş vermiş qeyri-qanuni hallarla bağlı 11 şikayət olunub: «Müraciətlərin araşdırılması ilə bağlı həmin təhsil müəssisələrinə göstəriş verilib».
XS
SM
MD
LG