Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 02:59

Elmarsız bir il...


Səs: Real audio
Dövlət başçısı «Azərbaycan öz mövqeyinə yenidən baxmalıdır» - deyir Martın 2-si jurnalist Elmar Hüseynovun qətlinin düz bir ili tamam olur. Keçən il «Monitor» jurnalının 38 yaşlı redaktoru öz mənzilinin kandarında 7 güllə ilə vuruldu. «Hyuman Rayts Votç» təşkilatı o vaxt dedi ki, Elmar Hüseynovun qətli Azərbaycanda tənqidin nə qədər təhlükəli olduğunu göstərir. Məlum olduğu kimi, «Monitor» hakimiyyət nümayəndələri haqda çox tənqidi yazılar yazırdı. Ancaq şübhələrin hakimiyyətə yönələcəyini təbii ki, qatil və ya sifarişçi də bilirdi. Prezident İlham Əliyev də deyir ki, Elmar Hüseynovun qətli Azərbaycanın imicində «qara ləkə»dir



Bir il öncə qəzetlərdə çap olunan bir şəkil, hələ ayağını yerə bərk basa bilməyən körpənin cüssəli atasının böyüdülmüş şəklinin önündə əyilib, onu öpməsi çoxlarını kövrəltmişdi. Həmin vaxt ölkənin az qala bütün kameraları, mikrofonları və diktofonları bu evə tuşlanmışdı. Az qala bütün ölkə yaşadığı evin girəcəyində güllələnmiş Elmar Hüseynovun ölümünün səbəbləri, onun arxasında kimin dayandığı və tezliklə qatilin tapılıb-tapılmayacağı kimi sualların üzərində baş sındırırdı. O zaman Sabir kişinin dedikləri də hamının yadındadır: «Oğlumun qatili kimdir, kimdir mənim uşağıma qıyan? Oğlum uşağının ata deməyini eşitmədən getdi…» Amma o zaman hamını ən çox təəccübləndirən əlbəttə ki Aslanın hərəkəti olmuşdu. Elmar Hüseynovun üçündə o, divar boyu atasının böyüdülmüş şəkillərindən birinin qabağında əyilib, üzündən öpmüşdü…



Bu bir ildə onlar Elmarsız yaşamağa alışmağa çalışıblar. Elmar Hüseynovun ömür-gün yoldaşı Ruşaniyyə xanım belə deyir: «Bu, çox çətin bir il oldu. Bu bir ildə mən çox şey öyrəndim. Bu bir ildə mən bir yaş yox, bir neçə yaş böyüdüm. Mən bu bir ildə başa düşdüm ki, tənhalıq nədir. Bu bir ildə mən Elmarsızlığa alışmağa çalışdım. Amma deyəsən, bu, hələlik çox pis alınır. Mən onunla artıq səkkiz ildən çoxuydu bir yerdəydim. Bu il mən həyat yoldaşımı, sevdiyimi itirdim, Aslan isə atasını. Mən bu bir ildə başa düşdüm ki, həyatda Elmar qədər dözümlü, ədalətli və dəyanətli olmaq vacibdir».



Ruşaniyyə xanım deyir ki, bu bir ildə o, çox şeyə alışıb. Bir qadın kimi, tək-tənha yaşamağa da, oğluna həm atalıq, həm analıq etməyə də, Elmarın qanının yerdə qalmaması üçün onun başladığı yolu davam etdirməyə də, birdən-birə siyasətdən yazmağa da, qəzet biznesini öyrənməyə də. Özünün dediyinə görə, həyat onu bu bir ildə mübariz edib. Hərçənd bu mübarizlik həmişə onun içində olub. Elmarı sevəndə də, onunla ailə quranda da, ondan dünyaya övlad dünyaya gətirəndə də. Çünki həmişə Elmar Hüseynovun sərt qələmi olduğunu və sevdiklərinin həyatını riskə atdığını da bilib. Görünür, buna görə də Elmarla ailə həyatı qurduğuna görə onu "kamikadze" adlandıran rəfiqələri də tapılıb.



Bir il sonra Ruşaniyyə Hüseynova ilə əlaqə yaratmaq o qədər də asan olmadı. Ya cib telefonuna zəng çatmadı, ya görüşdə oldu, ya məqalə üzərində işlədiyini söylədi. Onunla görüşəndə isə iş və mobil telefonu susmaq bilmədiyindən, söhbətə bir neçə dəfə ara verməli olduq. Arada balaca Aslana da zəng vurdu, onun könlünü almaqla yanaşı, sifarişlərini də qəbul etdi. Elmar Hüseynovun vəfatının ildönümünə isə cəmi ikicə gün qalırdı. Stolun üstündə valerian dərmanı, siqaret kötükləri...



Ancaq nə qədər mübariz olur-olsun, dəxli yoxdur, o, içində zəiflikləri olan qadın olduğunu deyir: «Hə, həqiqətən də çox çətindir. Mən istənilən halda qadın olaraq qalıram. Amma bilirəm ki, Elmar mənə evlənəndə mənim gücüm, mənim cəsarətim onu məftun etmişdi. İndi mənim arzum budur ki, bacardığım kimi onun yolunu davam etdirim. Elmarın imkanları məndə yoxdur. Həm də mən qadı
XS
SM
MD
LG