Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 21:21

Şum altında qalan abidələr...


Səs: Real audio
Onlar kənddə «quş qripi»nin olduğunu ehtimal edirlər Şəkidə əkinçilik çox inkişaf edib, xüsusən də taxılçılıq. Bu, yaxşıdı, amma son illər rayonda əkin sahələri elə artıb ki, artıq fermerlər bəzi qədim abidələrin ərazisini də şumlamağa başlayıblar



Belə əkin sahələrindən biri də qədim Malıx qalası ətrafındadır. Bu qala Şəki şəhərindən 30 kilometr aralıda yerləşir. Qala ətrafında - yenicə cücərən taxılın içində müxtəlif əşyalar gözə dəyir.



Bələdçimiz Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki üzrə nümayəndəsi Nəsib Muxtarov: «Baxın, bu, qədim qabın qulpudur…Bu keramika, bu isə qədim təsərrüfat küpünün ağız hissəsidir. Gördüyünüz isə daşdır, üstündə əhəng qatı var…»



Cənab Muxtarov deyir ki, qədimdə Malıx qalasının ətrafında yaşayış məskəni olub, amma sonralar dağıdılıb və əsrlər keçdikcə üstünü torpaq örtüb. İndi taxılın arasında gözə dəyən qədim əşyalar traktor kotanının sındırıb yerin səthinə çıxardığı küplər, təndirlər və ev bünövrələridir...



Malıx qalası - ətrafı şumlanan yeganə tarixi abidə deyil. Aydınbulaq kəndindəki qədim müşahidə qülləsi ətrafında da eyni vəziyyət hökm sürür. Taxıl sahəsi düz qüllənin divarlarına qədər gəlib çatıb.



Azərbaycanın şimal-qərbində belə qüllələr və qalalar çoxdur. Onlar vaxtilə düşmən ordusunun Şəki hüdudlarına yaxınlaşması barədə xəbərdarlıq sisteminin tərkib hissəsiymiş. Bir qüllədə tonqal qalanan kimi, başqa qüllələr də ocaq yandırar və beləliklə də, qısa müddət ərzində bütün Şəki camaatı yaxınlaşan təhlükədən xəbər tutar, mal-qaralarını sürüb dağlara çəkilərdilər. Şəki hökmdarı isə, ordunu səfərbər etməyə başlayardı.



Amma indi cəmi iki yarıuçuq divarı qalan bu qədim müşahidə qülləsi üçün ən böyük təhlükə digər şeydir. Qüllənin düz ortasında dərin bir çala qazılıb. Nəsib Muxtarovun dediyinə görə, bu dörd metrlik çala qızılaxtaranların əməlidir. Onun sözlərinə görə, çala 4-5 il əvvəl qazılıb. Bələdçimiz deyir ki, təkcə müşahidə qüllələri yox, Şəkidəki bir çox abidələrdə qızılaxtaranların «izlərini» tapmaq olar.



Qızılaxtaranların kimliyi bəlli deyil. Bəzi məlumatlara görə, onlar turist adıyla bölgəyə gələn əcnəbilərdir. Amma rayon rəsmiləri bu məlumatları təsdiqləmirlər. Hətta Şəki Rayon Mədəniyyət və Turizm İdarəsinin rəhbəri Elmira Məmmədova qızılaxtaranlar barədə ümumiyyətlə məlumatları olmadığını bildirir. Amma o, etiraf edir ki, taxıl sahələri həqiqətən də tarixi abidələr üçün təhlükə törədir. Xanım Məmmədova problemi həll etmək üçün tədbirlər gördüklərini də bildirir. Onun sözlərinə görə, rəhbərlik etdiyi idarə Aydınbulaq qülləsi barədə icra strukturlarına məlumat verib. Müraciətin nəticəsi barədə sualımıza isə, Elmira Məmmədova belə cavab verdi ki, «doğrusu, nəticə ilə maraqlanmayıblar».



Elmira Məmmədova onu da deyir ki, bəzi abidələrin vəziyyəti narahatlıq doğursa da, ümumilikdə son dövrlərdə Şəkidə tarixi abidələrin qorunması üçün xeyli iş görülüb. Dünya Bankının köməyilə rayonun ən məşhur tarixi abidəsi olan Xan Sarayı, Norveç Humanitar Fondunun dəstəyilə isə, Kiş kəndindəki Alban kilsəsi bərpa edilib.



Xanım Məmmədova bununla yanaşı, əlavə edir ki, onların tarixi abidələrə nəzarət imkanları zəifdir. Dövlət büdcəsindən mədəniyyət sahəsinə ayrılan vəsait kifayət qədər deyil. Tarixi abidələrə nəzarət etməli olan mühafizəçilərin sayı da azdır. Rayonda 80-dən artıq tarixi abidə olsa da, cəmi 17 nəfər mühafizəçi var. Onların isə maaşı aşağıdır və nəqliyyat xərcləri baha olduğundan evlərindən uzaqda yerləşən tarixi abidələrə tez-tez baş çəkə bilmirlər. Amma o, günahı həm də yerli əhalidə görür. Bi
XS
SM
MD
LG