Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 20:41

XİN rəsmisi: «Azərbaycanın nəzarət etdiyi ərazilərdə gizli həbsxana yoxdur»<p align=`left`><br><br>


Səs: Real audio
Tahir Tağızadə: «Ancaq biz Avropa Şurasının diqqətinə bir daha çatdırırıq ki, Azərbaycanın 20 faiz torpağı işğal altındadır. Həmin ərazilərdə baş verən tədbirlərdən hökumətin xəbəri yoxdur» «Azərbaycan dövlətinin nəzarət etdiyi ərazilərdə heç bir gizli həbsxana yoxdur». Bunu «Azadlıq» radiosuna Xarici İşlər Nazirliyi (XİN) Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi Tahir Tağızadə deyib. Martın 10-da Avropa Şurasının Baş katibi Terri Devis qurumun 46 üzvündən 37-nin Xarici İşlər nazirinə məktub göndərərək, gizli həbsxanalar, yaxud içərisində məhbuslar olan təyyarələrin uçuşları barədə ətraflı məlumat istəyib.



Cənab Tağızadə isə, deyir ki, terrorçuluğa qarşı beynəlxalq koalisiyanın üzvü olan Azərbaycan digər üzvlərlə məlumat və informasiya sahəsində, həmçinin operativ fəaliyyətdə sıx əməkdaşlıq edir: «Azərbaycan hökumətinin nəzarət etdiyi ərazilərdə heç bir gizli həbsxana yoxdur. Ancaq biz Avropa Şurasının diqqətinə bir daha çatdırırıq ki, Azərbaycanın 20 faiz torpağı işğal altındadır. Həmin ərazilərdə baş verən tədbirlərdən hökumətin xəbəri yoxdur».



Ötən ilin sonlarında ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə məxsus, içində məhbuslar, böyük ehtimalla «Əl-Qaida» yaraqlıları olan təyyarələrin Avropa ölkələri üzərində uçuşlar etməsi barədə məlumatlar yayıldı. Azərbaycanın

adı da bu ölkələrin sırasında hallanırdı.



Avropa Şurasının Baş katibi Terri Devis ötən il noyabrın 21-də qurum üzvlərinə məktub göndərib bu barədə məlumat istəmişdi. Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Aqşin Mehdiyev bu il fevralın 22-də cənab Devisə ölkəsinin Avropa İnsan Haqları Konvensiyası üzrə öhdəliklərinə sadiq qaldığına dair cavab göndərmişdi. Terri Devis martın 1-də Strasburqda keçirdiyi mətbuat konfransında bildirib ki, bir sıra ölkələrin göndərdiyi cavablar ətraflı deyil.



Avropa Şurası Baş katibinin martın 10-da göndərdiyi sorğuya isə, aprelin 7-dək cavab verilməlidir.
XS
SM
MD
LG