Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 10:15
Rubrikalar

Qazaxıstan neftinin BTC-lə nəqlinə dair saziş bu il imzalana bilər


Səs: Real audio
Şübhəli görünən sahibsiz itlər müayinə üçün laboratoriyaya göndərilir - «Ümid edirik ki, hökumətlə bir sıra xarici şirkətlər arasında yaranan münaqişələr məqsədli deyil və Azərbaycan tərəfi əcnəbi investorlara münasibətini dəyişməyib». Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Reymond Konvey «Turan» İnformasiya Agentliyinə müsahibəsində son zamanlar «Azpetrol», «Fondel Metal», «Barmek-Azərbaycan» və başqa şirkətlərin hökumətlə çıxan problemləri haqda suala cavab verərkən belə deyib.



- «Əgər Azərbaycan qazının qiyməti Rusiya qazından ucuz olarsa, Gürcüstan qaz ehtiyacını ödəmək üçün ikincidən imtina edə bilər». Jurnalistlərə müsahibəsində Gürcüstanın Bakıdakı səfiri Zurab Qumbaridze belə deyib. O, bildirib ki, «Şahdəniz» yatağından çıxarılan qazın həcmiylə bağlı texniki detallar məlum olandan sonra Gürcüstan qaz alınmasıyla bağlı bir müddət əvvəl dayandırılan danışıqları bərpa etməkdə maraqlıdır.



- Martın 16-da Bakıda «ATƏT zonasında nəqliyyatın təhlükəsizliyinin artırılması» mövzusunda iqtisadi foruma hazırlıq konfransı başlanıb. İki gün davam edəcək tədbirdə ATƏT-ə üzv olan ölkələrin nümayəndələri iştirak edir. Konfransa qatılan Baş nazirin müavini Abid Şərifov bildirib ki, Ermənistandan olan nümayəndələrin tədbirdə iştirakı iki ölkə arasındakı əməkdaşlığın bərpası demək deyil.



- Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqlinə dair saziş bu il imzalana bilər. Bu haqda baş nazirin müavini Abid Şərifov məlumat verib. Sənaye və energetika naziri Natiq Əliyevsə bildirib ki, Qazaxıstanın istəyilə sazişin mətninə bəzi dəyişikliklər edilib. Sənədin yekun variantının formalaşdırılması üçün tərəflər apreldə bir araya gələcəklər.
XS
SM
MD
LG