Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:07

Həmsədrlər bu dəfə Moskvada görüşür


Mayın 2-3-də Moskvada ATƏT-in Minsk Qrupu həmsədrlərinin növbəti görüşü gözlənilir. Bu barədə məlumat verən xarici işlər naziri Elmar Məmmədyarov detallara varmayıb. Bundan sonra həmsədrlərin yenidən bölgəyə səfəri gözlənilir. Həmin səfər prezidentlərin ehtimal edilən növbəti görüşünə hazırlıq olacaq. Hələlik həmin görüşün vaxtı məlum deyil.

Beynəlxalq Böhran Qrupunun Cənubi Qafqaz üzrə layihə direktoru Sabin Frayzersə bu fikirdədir ki, həmsədrlərin bölgəyə səfərlərində məqsəd Praqa prosesini qoruyub saxlamaq, Rambuye uğursuzluğundan sonra danışıqlara impuls verməkdir. Həmsədrlər çox aydın şəkildə deyiblər ki, bu il münaqişənin həlli üçün "imkan pəncərəsi"dir. Onlar bu imkandan istifadə etməyə çalışırlar. Əgər bu il irəliləyişə nail olmasalar, yaxın gələcəkdə uğur qazanmağın çox çətin olacağından çox narahatdırlar: "Əslində, həmsədrlərin müzakirə etdikləri prinsiplər prezidentlərin Rambuye görüşünə təqdim olunmuşdu. Onlar hələ də tərəflərin həmin prinsiplərə razılığını almaq istəyirlər. Yəni hazırda ortada heç də tam fərqli ideyalar yoxdur. Ola bilsin ki, həmsədrlər kompromisə nail olmaq üçün həmin prinsiplərə yüngül düzəliş etməyə çalışırlar".


Sabin Frayzer bu ilin iyulunda Sankt-Peterburqda Böyük Səkkizliyin samitində Dağlıq Qarabağ münaqişəsinin də gündəliyə salınmasını müsbət hal adlandırır. Çünki Cənubi Qafqazdan kənarda bu münaqişəylə maraqlanan dünya liderlərinin sayı elə də çox deyil: "Mən inanmıram ki, bu sammitdə hansısa yeni ideya ortaya çıxacaq. Sadəcə, münaqişənin yüksək səviyyəli görüşün müzakirəsinə çıxarılması bir çox ölkə liderlərinin diqqətini çəkəcək".


XS
SM
MD
LG