Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 15:26

Leo Platvoet: «Təkrar seçkilər noyabr seçkilərindən daha yaxşı idi»


Avropa Şurası müşahidəçilərinin mətbuat konfransı, 14 may 2006 Foto: Trend
Avropa Şurası müşahidəçilərinin mətbuat konfransı, 14 may 2006 Foto: Trend

AŞPA Missiyası səslərin sayılması və protokolların tərtib olunması prosesini izləyə bilməyib


«Tətkrar parlament seçkilərdə səsvermənin gedişində irəliləyişlər olub. Bundan başqa namizədlərin qeydiyyatı, seçici siyahılarının dəqiqliyi və başqa texniki prosedurlar baxımından bu seçkilər noyabr seçkilərində daha yaxşı idi». Avropa Şurası Parlament Assambleyasının Müşahidə Missiyasının rəhbəri Leo Platvoet seçkinin yekunlarıyla bağlı keçirdiyi mətbuat konfransında belə deyib. Amma AŞPA Müşahidə Missiyasının ilkin rəyini açıqlayan Cənab Platvoet əlavə edib ki, yerli icra strukturlarının bəzi sosial-iqtisadi tədbirləri seçkinin nəticələrinə təsir edə bilərdi


Cənab Platvoet səslərin sayılması və protokolların tərtib olunması prosesini texniki səbəblərdən izləyə bilmədiklərini də əlavə elədi. «Bizim komitənin iştirakçılarının sayı kifayət qədər deyildi ki, biz səslərin sayılması və hesablanması proseslərini tam şəkildə, ətraflı qiymətləndiriməsini həyata keçirək».


AŞPA-nın Müşahidə Missiyasının bəyanatında qeyd olunur ki, seçkiyə inamı artırmaq üçün seçki komissiyalarında islahat aparılmalı, şikayətlərə baxılması prosesi təkmilləşdirilməsi və sərbəst toplaşma haqqında qanunda dəyişikliklər edilməlidir.


Müstəqil Dövlət Birliyinin Müşahidə Missiyasının rəhbəri Vladimir Qarkun isə, bazar günü keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycandakı seçkilər ən yüksək beynəlxalq standartlara uyğun keçirilib. Eyni fikri seçki ilə bağlı Partiyasının mövqeyini açıqlayan Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov da bəyan edib. Seçkiyə qatılan Müsavat Partiyası isə bəzi pozuntuların olduğu haqda məlumatlar yaysa da, partiyanın rəhbərliyi təkrar seçkiyə ümumi münasibətlə bağlı sualları hələ ki cavablandırmır.


XS
SM
MD
LG