Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 22:15

Karel de Quxt: «Biz tərəflərin razılığa gəlməsinə kömək etməyə çalışırıq»


ATƏT-in hazırkı sədri Karel de Quxt, 11 yanvar, 2006
ATƏT-in hazırkı sədri Karel de Quxt, 11 yanvar, 2006
Bazar günü Çernoqoriyada müstəqilliklə bağlı keçirilən referendum donmuş münaqişələr olan Dağlıq Qarabağ, Cənubi Osetiya, Abxaziya və Dnestryanı kimi regionlarda yalnız o halda keçirilə bilər ki, bütün tərəflər buna razı olsunlar və referendumun nəticələrini tanısınlar. Bunu Azadlıq radiosuna eksklüziv müsahibədə ATƏT-in hazırkı sədri, Belçika xarici işlər naziri Karel de Quxt deyib.


Bu il Qarabağ münaqişəsinin həll olunmasının mümkünlüyü barədə sualı cavablandıran De Quxt deyib: «Biz tərəflərin razılığa gəlməsinə kömək eləməyə çalışırıq. Bəzən ümidlər artır, bəzənsə azalır. Biz sədrlik müddətimizin sonunadək bu donmuş münaqişədən çıxmaq üçün yollar və vasitələr axtarmalıyıq. Mən bununla bağlı məyus deyiləm, amma nikbin də deyiləm. Bu tərəflərin özündən asılıdır, Ermənistan və Azərbaycandan. Biz bu məsələdə onlara kömək eləməyə çalışacağıq. Amma onların özləri razılığa gəlməlidirlər».


Cənab De Quxt onu da deyib ki, donmuş münaqişələrdə sərhədlər və nəqliyyat məsələləri konfliktin bir hissəsidir. « Qarabağla bağlı donmuş münaqişədə bu çox aydın görünür. Ermənistanın Türkiyə ilə sərhədinin bağlı olması bütün konflikti çətinləşdirən elementlərdən biridir. Nəqliyyat problemi ilə bəzi konfliktlərin davam etməsi faktı arasında bağlılıq var».


XS
SM
MD
LG