Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 09:13

Məcburi köçkünlər yemək xərclərini plastik kartlarla alacaqlar


Sentyabrın 1-nə qədər 128 min məcburi köçkün ailəsinin (530 min nəfər) hamısına plastik kartlar veriləcək. Bankomatların qarşısında növbələr yaranmasın deyə, müavinətlər banka və onun filiallarına hər ayın 15-dən 20-nə qədər olan müddətdə köçürüləcək.


Mayın 27-də Nazirlər Kabinetində baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun yanında keçirilən müşavirədə belə qərara alınıb.


Müşavirədə məcburi köçkünlərin yemək xərci üçün aylıq müavinətlərinin bankomat vasitəsilə plastik kartlarla ödənilməsinin vəziyyəti müzakirə olunub.


Tədbirdə təklif olunub ki, məcburi köçkünlərin şəraitini yaxşılaşdırmaq üçün Ağdamda və Xanlarda bankomatlar quraşdırılsın.


XS
SM
MD
LG