Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 10:24

Elmar Hüseynovun xanımı Avropa Məhkəməsinə müraciətdə AŞ PA-nın həmməruzəçilərindən kömək istəyib


Ötən ilin martında qətlə yetirilmiş «Monitor» jurnalının redaktoru Elmar Hüseynovun həyat yoldaşı Ruşaniyyə Hüseynova onun Avropa İnsan Haqları Məhkəməsinə müraciətinə kömək üçün AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçilərinə müraciət edib.


Ruşaniyyə Hüseynova «Azadlıq» radiosuna verdiyi müsahibədə bildirib ki, o, mayın 27-də Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andreas Qross və Andres Herkellə görüşüb. Xanım Hüseynova həmməruzəçilərə həyat yoldaşının qətlinin üstünün açılması və qətlin sifarişçilərinin tapılması barədə Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək istədiyini bildirib. Həmməruzəçilər ona bu işdə texniki yardım üçün Bakıda səfərdə olan AŞ PA Monitorinq Komitəsi katibliyinin rəhbəri Karolin Ravo ilə əlaqə saxlamağı məsləhət görüblər. Ruşaniyyə Hüseynovanın sözlərinə görə, xanım Ravo məhkəməyə təqdim etmək üçün sənədlərin hazırlanmasında ona məsləhətlər verib.


XS
SM
MD
LG