Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:24

Yeni palçıq vulkanı aşkarlanıb


Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun alimləri Abşeron rayonunun Çaylı kəndi yaxınlığında çöl işləri apararkən naməlum palçıq vulkanının üç təzahürünə rast gəliblər. Ekspedisiyanın iştirakçısı - həmin institutun şöbə müdiri Əkbər Feyzullayevin dediyinə görə, fəaliyyətdə olan təzahürlər yerin üzərinə su, palçıq və qaz çıxarır. Bu, yeni palçıq vulkanının mövcudluğunu göstərir.


Palçıq vulkanları neft və qaz yataqları ilə sıx əlaqədə olduğuna görə, bu tapıntı yeni neft və qaz axtarışları üçün əhəmiyyət kəsb edir.


Ərazisində 300-dən çox palçıq vulkanı olan Azərbaycan bu tip vulkanların sayına və keyfiyyətinə görə, dünyada birinci yeri tutur.


Məlumatı Elmlər Akademiyası Yer Haqqında Elmlər Bölməsinin Mətbuat Xidməti yayıb.


XS
SM
MD
LG