Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 21:06

Nazim İbrahimov deyir ki, Çöhrəqanlının Bakıdan getməsi onun təhlükəsizliyi üçün lazım idi


Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, 13 iyun 2006
Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, 13 iyun 2006

Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov iyunun 13-də jurnalistlərlə görüşündə bildirdi ki, Mahmudəli Çöhrəqanlının Azərbaycanda qalması ölkə düşmənlərinin dəyirmanına su tökmüş olardı. Komitə sədrinin bildirdiyinə görə, cənab Çöhrəqanlının Bakıdan getməsi həm də onun təhlükəsizliyi üçün lazım idi: «Bizim düşmənlərimiz Azərbaycan Respublikası ilə dünyada yaşayan azərbaycanlılar arasında çox böyük uçurum yaratmaq istəyə bilərdi, bu, onlar üçün çox gözəl bir imkan olardı, buna çox böyük səylər göstərilib. Biz bu imkanı heç kimə verə bilmərik. Ona görə də Çöhrəqanlının çox tez bir zamanda buradan getməsi daha məsləhət idi».


ABŞ-da mühacirətdə yaşayan Mahmudəli Çöhrəqanlı bu yaxınlarda Türkiyəyə idi. Özünün verdiyi məlumata görə, Türkiyə polisinin təkidi ilə bu ölkəni tərk edərək iyunun 10-da Azərbaycana gəlmişdi. İyunun 11-də isə səhər Bakı-İstanbul-Nyu-York reysi ilə Azərbaycanı tərk edib. Özü və tərəfdarları onun Bakıdan deportasiya edildiyini söyləsələr də, rəsmilər cənab Çöhrəqanlının öz istəyi ilə Azərbaycanı tərk etdiyini deyirlər. İranda yaşayan azərbaycanlıların milli hüquqlarının bərpası tələbilə çıxışlar edən Mahmudəli Çöhrəqanlı bir müddət həbsdə qaldıqdan sonra 2001-ci ilin sonunda İrandan mühacirət etmişdi.


XS
SM
MD
LG