Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:32

Futbol Qarabağa qayıtdı


Quzanlı stadionu
Quzanlı stadionu
Mayın 3-də Ağdamın «Qarabağ» klubu Quzanlıdakı ilk oyununu Bakının «İnter» klubu ilə keçirdi.

Azərbaycan premyer liqası çərçivəsində keçirilən oyunda hesab 1-1 olub.

Oyunun 1-ci hissəsində «Qarabağ» hesabı açsa da, ikinci hissənin sonlarında «İnter» tarazlığı bərpa edib.

Bu «heç-heçə»dən sonra premyer liqada birinci olan «İnter» ikinci yerə keçib. İndi birincilik 56 xalla «Bakı» klubudundadır.

Peşəkar Futbol Liqası «Qarabağ» klubuna bundan sonrakı həm kubok, həm də premyer liqadakı öz ev oyunlarını Ağdam rayonunun müvəqqəti mərkəzi - Quzanlıdakı stadionda keçirməyə icazə verib.

Ağdam şəhəri işğal edildikdən sonra - yəni artıq 16 il idi ki, bu rayona məxsus «Qarabağ» klubu ev oyunlarını da Bakıda «İsmət Qayıbov» adına stadionda keçirirdi.

Ağdamda sonuncu futbol oyununu 1993-cü ilin mayın 12-də olub. Yerli komanda Tovuzun «Turan» klubunu 1:0 hesabı ilə məğlub edib.
XS
SM
MD
LG