Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 20:49

İran-Ermənistan qaz kəməri tarixi abidələri məhv edir


İran və Ermənistan prezidentləri qaz kəmərinin çəkilməsini razılaşdırıblar
İran və Ermənistan prezidentləri qaz kəmərinin çəkilməsini razılaşdırıblar

İranın Şərqi Azərbaycan vilayətinin ən qədim “Əjdaha Daşı” şəhəri abidələrinin bir hissəsi İrandan Ermənistana çəkilən qaz kəməri qazıntıları nəticəsində məhv edilib. “Əjdaha Daşı” abidələri bizim eradan əvvəlki dövrə aiddir, yaşı 3 min ildən çoxdur. Bu qiymətli arxeoloji abidə Vərziğan mahalının Əndərcan kəndinin 40 kilometr şərqində yerləşir.


İranın Şərqi Azərbaycan vilayətinin Mədəni Miras və Turizm İdarəsinin əməkdaşı arxeoloq və tarixçi Məhəmməd Feyzxah bildirib ki, tarixi “Əjdaha Daşı” məntəqəsini toxunulmaz zona elan edilməsinə baxmayaraq İranın qaz şirkəti artıq bu yerlərdə qazıntılara başlayıb. Onun verdiyi məlumata əsasən Mədəni Miras və Turizm İdarəsi kəmərin çəkilməsi üçün başqa istiqamət təklif edib. İranın Qaz şirkəti buna əhəmiyyət verməmiş və kəmərin tikintisinə başlamışdır.


Arxeoloq Məhəmməd Feyzxah əlavə edib ki, 3 min il tarixi olan “Əjdaha Daşı” qalıqları üzərində bu günə qədər tarixi tədqiqat aparılmayıb və onun məhv edilməsi ilə İran Azərbaycanı tarixinin mühüm bir hissəsi itirilə bilər. Arxeoloq eyni zamanda İran-Ermənistan qaz kəmərinin bir neçə tarixi qəbiristanlığı da məhv etdiyini söyləyib. Şərqi Azərbaycan vilayətinin Mədəni Miras və Turizm İdarəsinin nümayəndəsi bu təşkilatın İran Qaz şirkətini məhkəməyə verdiyini bildirib.


XS
SM
MD
LG