Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:59

Fərhad Əliyev jurnalistin qətliylə bağlı iddiaları qondarma adlandırır


Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev
Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev

Vəkilləri sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin müraciətini yayıblar. Fərhad Əliyev müraciətində 2005-ci ilin martında qətlə yetirilən «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlini bu cür ört-basdır edilməsinə çalışanların cavabının veriləcəyini bildirib. Sabiq nazir həbsdə olduğu müddətdə dövlət çevrilişi ilə bağlı ittihamları qəbul etmədiyinə görə, müxtəlif təzyiqlərlə üzləşdiyini, qondarma və ağlabatmaz ittihamlarla hədələndiyini də deyir. Belə hədələrdən biri də «Monitor» jurnalının redaktoru Elmar Hüseynovu onun Hacı Məmmədovun vasitəsilə öldürtməsi ilə bağlı olub. Fərhad Əliyev Milli Təhlükəsizlik Nazirliyini qərəzli, qanunsuz fəaliyyət göstərməkdə, cinayətkarlarla belə sövdələşməyə getməkdə ittiham edir.


Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev müraciətin sonunda bildirir ki, heç bir qüvvə, heç bir şantaj və qondarma ittiham onu öz yolundan çəkindirə bilməz.


MTN-nin Mətbuat Xidmətinin rəhbəri Arif Babayev Fərhad Əliyevin bəyanatını əsassız adlandırıb. Cənab Babayev sabiq nazirin fikirlərini təmsil etdiyi nazirliyin ünvanına böhtan hesab edir.


«Elmar Hüseynov» Fondu isə iyulun 26-da beynəlxalq qurumlara müraciət edərək onları Hacı Məmmədovun məhkəməsini yaxından izləməyə çağırıb.



XS
SM
MD
LG