Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:51

Elmar Hüseynovun qətlinin istintaqında məchullar...


Adil İsmayılov
Adil İsmayılov
Vəkil Adil İsmayılov mərhum jurnalist Elmar Hüseynovun qətli və istintaqın görünməyən tərəfləri barədə danışır

Xədicə İsmayılova:


- O mif ki, Hacı Məmmədovun dəstəsi məhz Elmar Hüseynovun qətlinin istintaqı zamanı aşkara çıxarılıb və zərərsizləşdirilib, bu, doğrudur?

Adil İsmayılov:

- Yox, düzgün deyildi o fikir. Ən azından fevral ayının 27-dən Hacı Məmmədovun izlənməsi barədə rəsmi qərar var idi məhkəmə tərəfindən. Fevral ayının 27-dən Hacı Məmmədov rəsmi qaydada nəzarətdə olub. Bu, birinci məqam idi. İkinci məqam ondan ibarət idi ki, dövlət başçısı səhv etmirəmsə, Brüsseldə Elmar Hüseynovun işi ilə bağlı sualı cavablandırarkən demişdi ki, Elmar Hüseynovu qətlə yetirən adamlar məlumdur və o işin Hacı Məmmədovun işi ilə heç bir əlaqəsi yoxdur. Burda konkret Gürcüstan vətəndaşlarından söhbət gedirdi. Prezident bunu deyəndən sonra bu məsələ tam səngidi...

Xədicə İsmayılova:

- Həmin o iki nəfər Gürcüstan vətəndaşlarının söhbəti haradan çıxıb ortaya və bunların cinayətdə iştirakı nə dərəcədə sübut olunub?

Adil İsmayılov:

- Bu iki nəfərin haqqında olan məlumat sırf əməliyyat yolu ilə əldə olunmuş məlumatlardır. Telefon danışıqlarından əldə olunmuş məlumatlardır. Telefon danışıqları deyəndə, danışıqlar qeydiyyata alınıb. Yəni, fakt var. Amma danışığın mətni, orada nə danışıq olub, bu heç kimdə yoxdur. Bu o halda olur ki, danışıqlara əvvəlcədən rəsmi və ya qeyri-rəsmi qulaq asılır. Əvvəla bu qədər adama qulaq asmaq mümkün deyil, ikinci bir tərəfdən də, bu qədər bazanın özünü saxlamaq mümkün deyil. Danışıqların hamısının qeydiyyatı var. Kim kiminlə danışıb, nə qədər danışıb və həmin danışıq vaxtı harada olub. Elmar Hüseynovun işi ilə bağlı burda xarici mütəxəssislər də olub. Səhv etmirəmsə, Amerika, Türkiyə mütəxəssisləri olub burda. Xüsusi proqramlar var. Bu proqramlarla müəyyən edirlər ki, Elmar Hüseynov hadisə olan günü və hadisə olan gündən əvvəlki ərəfədə harada olub və bunun olduğu ərazidə nə qədər telefon var. Bu telefonlar haradasa toqquşur ya toqquşmur. Müəyyən olunur ki, eyni vaxtda həmin ərazidə hansı telefonlar olub nömrələrlə. Bu nömrələr müəyyən olunur və bir telefon nömrəsi istintaq əməliyyat qrupunun maraq dairəsinə düşür.
Elmar Hüseynov 2005-ci il martın 2-də qətlə yetirilib
Hansı telefon ki, daim həmin ərəfədə, yəni fevral ayının sonu - martın əvvəlində həmişə Elmar Hüseynovun telefonu ilə eyni ərazidə olub. Bu müəyyən olandan sonra onun sahibi müəyyən olunur. Məlum olur ki, bu telefon nömrəsi səhv etmirəmsə, Turqay Bayramov adlı şəxsə məxsusdur. Onu müəyyən edəndən sonra çağırırlar istintaqa ki, bu nədir, bu danışıqlardır? O da deyir ki, mənim bundan xəbərim yoxdur. Ümumiyyətlə, mənim belə nömrəli telefonum olmayıb və mən bu telefondan istifadə etməmişəm. O bildirir ki, bunun qohumları olub, Gürcüstandan gəliblər, qalıblar bunlarda, ev tutublar, kirayədə qalıblar. Bunlar ola bilsin ki, bunun pasportundan istifadə ediblər. Onda çıxır həmin o Gürcüstan vətəndaşları. Tahir Xubanov və Teymuraz Əliyev. Onların şəxsiyyəti, qaldıqları ev, Azərbaycana giriş və çıxışları müəyyən olunur. Məlum olur ki, bunlar yanvar və fevral ayında bir neçə dəfə Azərbaycana, yəni Bakıya gəlib gediblər. Onlar sonuncu dəfə Azərbaycanı mart ayının 3-də səhər saat 8:24-də (Elmar Hüseynov qətlə yetirildiyi gecənin səhəri) tərk ediblər. «Qırmızı körpü»dən. Bir maşın gətirib onları düşürüb ora və 5 nəfər olublar. Mənim üçün də bu qaranlıq qalır bir az. NƏYƏ GÖRƏ 5 ADAMIN YOX, YALNIZ BU İKİSİNİN SÖHBƏTİ GEDİR? Onların adı, familiyası da istintaqa məlumdur: Kasiya Arçil, Bolkvadze Nuqzar və Davrişov Serqo. Bu, beş nəfərin hamısı Gürcüstan vətəndaşlarıdır, o axtarılan ikisi azərbaycanlıdır, bunlar gürcüdürlər. Bunların giriş-çıxışda adları var. Girişdə Xubanov tək gəlib, onların 4-ü isə fevral ayının 26-da gəlib. Martın 3-də isə hamısı bir yerdə çıxıb gediblər. İstintaqın əlində olan məlumatlar bunlardır. Belə olan halda, Gürcüstana müraciət etsələr, heç bir normal dövlətdə bu adamları adam öldürən kimi qəbul edib verməyəcəklər. Yəni, bunların əlində olan sübut bir dənə telefon danışıqlarıdırsa, heç kim onları verməyəcək Azərbaycana. Deməli, istintaq getməlidir burada. Burda olan ikinci məsələ ekstradisiya məsələsidir. Gürcüstan Konstitusiyasına görə, öz vətəndaşını başqa dövlətə vermir. Yəni, biz istəsək belə, Gürcüstan bundan sonra da vətəndaşını Azərbaycan dövlətinə, hətta Elmarı onların öldürdüyünü sübut etsək, yenə verməyəcəklər. Vəziyyətdən bir çıxış yolu var. Azərbaycan tərəfi müraciət etməlidir Gürcüstan tərəfinə. Əlində olan bütün sübutları təqdim edəcək Gürcüstan tərəfinə, Gürcüstan isə o adamların təqsiri varsa, onları öz dövlətində məhkum edəcək.

XS
SM
MD
LG