Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 05:05

İlham Əliyev «Twitter»dən necə istifadə edir?


İLHAM ƏLİYEV «COPY PASTE» İLƏ MƏŞĞULDUR

Azərbaycanda «Twitter» istifadəçiləri arasında ən çox izləyicisi olan İlham Əliyevdir. Onun 2. 628 izləyicisi var. İlham Əliyevsə cəmi 2 nəfəri izləyir, ondan xəbər alır. Əliyevin izlədiyi özünün ingilis dilli «twitter» hesabıdır, birisə Prezident Administrasiyasının hesabı. «Twitter» insanlarla münasibət, şəbəkə qurmağa xidmət edən, onlardan birbaşa informasiya almağa yardım edən bir vasitədir. Prezident olandan bəri müstəqil Azərbaycan jurnalistləri ilə görüşməyən, müsahibə verməyən İlham Əliyev «Twitter»də də qapalı qalmağa çalışır. Uzun müddətdir «Twitter» hesabı olan İlham Əliyev bir dəfə də olsun ona edilən «mentions»lara (xatırlatmalar) cavab verməyib. Bundan əlavə İlham Əliyevin twitlərinin çoxu «copy paste»dir. Prezident rəsmi qəzetlərdə, agentliklərdə yayılan özünün rəsmi çıxışını miqrobloqda twitt etməklə məşğuldur.

İLHAM ƏLİYEVDƏN SORUŞURLAR...

«Twitter»də @vuqarzulfuqar adlı istifadəçi İlham Əliyevə sual edir: «Cənab prezident bir çox Avropa şəhərlərində ən əlverişli nəqliyyat vasitələri olan tramvaylar Bakıya gələcək?»

@doctorhikmet yazır: «Cənab prezident biz və ailəmiz dövlətimizə qarşı həmişə sədaqətli olmuşuq. Sizin Twitterdəki səhifənizi görüb necə sevindim...»

Fikirlərini 140 simvola sığdırmayan @doctorhikmet davam edir: «Mən gələcəyə ümidlə baxmışam. Sizin gənclərə verdiyiniz fürsətdən istifadə edib Türkiyədə təhsilimi davam etdirirəm», «Mənim bir problemim var. O da dövlətimizin verdiyi təqaüd heç mənim kirayə haqqımı ödəmir. Sizdən xahiş edirəm mənim»... twitt davam edir: «köçkün olduğumu nəzərə alaraq məni dövlət neft fondunun proqramına salmağınızı xahiş edirəm. Əvvəlcədən sizə təşəkkür edirəm.»

Profilində türk aktyoru Polad Alemdarın fotosunu yerləşdirən @togrulabbasov isə İlham Əliyevə yazır: «Binəqədi rayonunun aşağı sulu təpə qəsəbəsində kanalizasiya problemi vardır», «Qəsəbə sakinləri olaraq ümid edirik ki, bu məsələ tezliklə öz həllini tapacaq.»

107 izləyicisi olan @ziyafiz: «Bir liderin sözləri ilə əməlləri vəhdət olmalıdır. Öndər kimi olun, camaatla olun ki, sevsinlər sizi». Bundan əlavə @ziyafiz iddia edir ki, İlham Əliyevin «Twitter» səhifəsi Elnur Aslanov tərəfdən idarə edilir: «Yenə Elnur Aslanovun projesi. Bu bloqu deyəsən Aslanov öz BB-dən yazır :-)», «Təhsilə göndərilənlər iri çaplı məmur qohumlarıdır».

Heç izləyicisi olmayan @Emin_Emin İlham Əliyevə Azərbaycan vətəndaşı olmağıyla fəxr etdiyini yazır.

Fransada olan Elnur Məcidli isə İlham Əliyevdən soruşur: «İmkansız ailələrin övladları nə qədər savadlı olsalar da rüşvət vermədikləri üçün xaricə təhsil ala bilmirlər #azerbaijan»

İlham Əliyev ona yazılanların heç birinə reaksiya verməyib.

NOVRUZ MƏMMƏDOV QƏRBDƏN NARAZIDIR ?


Novruz Məmmədov
«Facebook» və «Twitter»də ən çox öz müsahibələrini paylaşan Azərbaycan Respublikasının Prezidentinin Xarici Administrasiyasının başçısı Novruz Məmmədov ona ünvanlanan suallara cavab verməyib. Bir neçə aydır «Twitter» hesabı olan Novruz Məmmədov cəmi 19 twitt edib.

5 nəfəri izləyən Məmmədov, 134 nəfər tərəfindən izlənilir. N. Məmmədov yazır: «BRAVO!!! Xandra Kayden «Washington Times»-dakı məqaləsində Radio Free Europe/Radio Liberty-nin fəaliyyətinə çox düzgün qiymət vermişdir.», «Bəzən ABŞ-ın bir sıra hakimiyyət dairələrində dünyada gedən proseslərin mahiyyəti ilə bağlı dərin məlumatın olmadığı aydın görünür.», «Maraqlıdır, münaqişə zonasında 9 yaşlı məktəblinin erməni snayperi tərəfindən öldürülməsi «həssas» Qərbdə adekvat reaksiyaya səbəb olmadı.», «Qərbin Azərbaycana qarşı mövqeyində obyektivlik yoxdur, həqiqi ədalət prinsipi görünmür», «Azərbaycan-Rumıniya dostluq və tərəfdaşlıq əlaqələri bir sıra Avropa dövlətləri üçün yaxşı nümunədir!», «Dərin və hərtərəfli təhlillər göstərir ki, Qərbin atdığı addımlar heç də həmişə sivilizasiyalararası dialoq ruhuna uyğun gəlmir».
XS
SM
MD
LG