Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:05

«Biz kiminsə seçkilərdə şansını azaltmaq istəmirik»


Prezidentliyə namizədlər

Zəngandakı aksiyanın iştirakçısı, Zəngan Universitetinin tələbəsi Səccad Zeynali «Azadlıq» radiosuna müsahibəsində son günlər İran Azərbaycanında baş verən hadisələrdən danışıb. Müsahibəni təqdim edirik:

- Xatəminin videoları çıxandan sonra Zəngan Universitetinin tələbələrinin toplantısı oldu və burda müxtəlif şüarlar səsləndirib, bəyannamə oxuyaraq Xatəminin bu hərəkətinə, şovinizmə etirazımızı bildirdik. Xatəmidən tələb etdik ki, bu işlə bağlı televizor, radio və başqa rəsmi qurumlar vasitəsilə bütün türk millətindən üzr istəsin. Aksiyada təxminən 50-100 türk tələbə iştirak edirdi.

- Zənganda olan etirazlara polis, universitet rəhbərliyi müdaxilə etdi?

- Polis o qədər də müdaxilə etmədi. Sadəcə, uzaqdan durub bizi izləyirdilər. Mülki geyimdə idilər. Universitetin rəisi Nəsrullahi bizimlə əlaqə yaradaraq dedi ki, aksiya etməyin. Amma biz dedik ki, bu işdən narahatıq və aksiya keçirəcəyik. Tələbələr də bizə kömək etdilər. Biz də çox uğurlu aksiya keçirdik.

- Siz universitetin rəisinin sözünə qulaq asmamısız, bu, sonradan problem yarada bilər?

- Biz rəisə dedik ki, icazə verin ya da icazəsiz aksiya edəcəyik. Rəis isə yox demədi, sadəcə, dedi ki, hələ gözləyin görək necə olacaq. Biz isə dedik ki, sizdən bizə cavab gəlməyəcək və biz də icazəsiz aksiya edəcəyik. Və aksiya da uğurlu alındı.

- Bildiyiniz kimi, bir neçə gündür Xatəminin zarafatına cavab olaraq bir sıra universitetlərdə etiraz aksiyaları olub. Əgər sizin tələbləriniz yerinə yetməsə, nə olacaq?

- Biz mədəni halda etiraz edirik. Bəyannamə, aksiya, şüarlarla etiraz edirik. Biz qarışıqlıq olmasını istəmirik. İran camaatı Xatəmini aydın fikirli, islahatçı kimi tanıyır. 2001-ci ildə o BMT kürsüsündən sivilizasiyaların dialoqu barədə danışıb. Əgər Xatəmi doğurdan belə insandırsa, gərək bizim səsimizi eşidib bizdən üzr istəyə. İstəməsə də bilərik ki, Xatəminin azadlıq, demokratiya, bəşər uğrunda danışdıqları yalandır. Və onun əsl üzünü tanıyarıq.

- Deyirlər ki, Xatəminin videosunu Əhmədinejadın tərəfdarları yayıblar ki, islahatçıların seçkidə şanslarını azaltsınlar. Sizin buna münasibətiniz necədir?

- Bəli, belə söhbət var ki, Əhmədinejadın tərəfdarları belə ediblər ki, islahatçıların seçkilərdə şanslarını azaltsın. Amma biz aksiyada da bəyan etdik ki, heç bir quruma aid deyilik, müstəqilik. Biz kiminsə mənafeyinə qulluq etmək və ya kiminsə seçkilərdə şansını azaltmaq istəmirik. Əvvəl bəziləri videoya inanmırdılar və deyirdilər ki, onu Əhmədinejad düzəldib ki, islahatçıların şansını azaltsın. Amma Təbrizdə Şəhriyar otelində Məcid Ənsarinin (islahatçı namizəd Musəvinin tərəfdarı) iştirak etdiyi iclasda tələbələr ondan bu video haqqında rəyini soruşduqda, o bildirib ki, video həqiqidir və özü də orada olub. Video düz olduqdan sonra Əhmədinejadın tərəfdaşları və islahatçıların əleyhdarları dayanmadan videonu yayırlar. Amma biz Əhmədinejada işləmək istəmirik. Və yolumuz müstəqildir.

- Yəni ki, etiraz edən tələbələr prezident Əhmədinejadı dəstəkləmirlər?

- Bəli, biz bildirdiyimiz kimi, müstəqil fəaliyyət göstəririk. Heç bir siyasi təşkilata bağlılığımız yoxdur.
XS
SM
MD
LG