Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:49

Tarix də «bizimkilərə və sizinkilərə» bölünüb...


Bu gün Azərbaycanda Respublika Günü kimi bayram edilir
Bu gün Azərbaycanda Respublika Günü kimi bayram edilir
Bu gün Azərbaycanda Respublika Günü kimi bayram edilir. Bayram və ona münasibət bu ölkədə maraqlı xüsusiyyətləri ilə diqqəti cəlb edir, xüsusən də siyasi tarixlər. Bütün bayramlar zamanı olduğu kimi bu gün də elə telekanal yoxdur ki, ekranın küncündə, milli bayrağın fonunda Heydər Əliyevin portreti əks olunmasın. Bu, təkcə İstiqlaliyyət günü ilə bağlı deyil.

Bütün bayramlar, hətta bilavasitə Heydər Əliyevlə bağlı olmayanlar da bu tərzdə həyata keçirilir.

Respublika Günü bu bayramlar içində xüsusilə diqqəti cəlb edir. Əvvəlcə,
İstiqlal bayramı və onunla bağlı bütün epizodlar sükutla qarşılanırdı, sanki belə hadisə heç olmayıb.

Sonradan gördülər ki, belə taktika YAP-ın maraqlarına çox da cavab vermir və başladılar bu hadisəni özünküləşdirməyə. Bu da müəyyən siyasi gediş idi, hər bir siyasi qüvvə özünü tarixi dövrə proyeksiya edərək müəyyən dividentlər qazanır. Amma indiki dövrdə, YAP-ın timsalında bu, bu səhnə qeyri-ciddi görünür.

Heydər Əliyevin Respublika Gününə heç bir aidiyyatı yoxdur. Daha yaxşı olmazdımı ki, telekanallar ekranlarının küncündə məhz Heydər Əliyevin portretini yox, məsələn, Məhəmməd Əmin Rəsulzadənin portretini versinlər?

İndi proses bu formada davam edir. YAP deyəsən bu günün xarizmatik xarakterini, tarixin belə bir dönəmi olduğu ilə barışmalı oldu. İndi köhnə abidələr, xüsusən də siyasi xarakter daşıyan abidələr götürülür və onun yerində ya zövqsüz fontanlar, «gözəl» parklar» tikilir. Burada, yaxın keçmişin tarixində də «siyasi təmizlik» işləri görülür. Məsələn, «26-lar»la bağlı tarixi həqiqətlər dəfələrlə qeyd olunsa da YAP bu haqda düşünməyə indi vaxt tapıb. Amma burada da tarixçilərin, siyasi partiyaların üzvləri ilə bağlı heç bir məsləhətləşmə aparılmayıb.

Konstitusiyaya bu yaxınlarda edilən dəyişiklərin fonunda Azərbaycanı respublika hesab etmək çətinləşir. Milli Məclis, hökumət və məhkəmələr!

Burada ancaq köks ötürmək qalır... Faktiki olaraq monarxiya qurulur və bu tərəfdən də respublika bayramı qeyd olunur. Amma Heydər Əliyevin bütün rayonlarda ucaldılmış abidələri, xatirə muzeylərinin yaradıldığı halda İstiqlaliyyət qəhrəmanları sadəcə adlarının çəkilmıəsi ilə kifayətlənməli olurlar...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG