Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 21:44

«Tyananmen. Xatırlanmalı gün»


Tyananmen meydanı, 2 iyun 1989
Tyananmen meydanı, 2 iyun 1989
1989-cu il Pekində Tyananmen meydanına daxil olan tanklar həftələrlə orada nümayiş keçirən tələbə və fəhlələrə divan tutdu. Həmin vaxt yüzlərlə, bəzi mənblərə görə isə, minlərlə adam öldü.

Bu hadisənin 20 illiyi ərəfəsində Çində təhlükəsizlik tədbirləri gücləndirilib. Hökumət isə bu mövzuda müzakirələr apara biləcək internet saytlarına qadağa qoyub.

Hökumət çalışır ki, xarici mətbuatın Tyananmen meydanında baş verənlərlə bağlı yazıları ölkə ictimaiyyətinin gözündən uzaq tutulsun. Dövlət müəssisələri xarici qəzetlərin ölkəyə gətirilmısinə qadağa qoyurlar və peyklə yayımlanan kanalları pozurlar. İnternet isə senzura altındadır.

«HAKİMİYYƏT GÜCLƏNİB, VƏTƏNDAŞSA ZƏİFLƏYİB»

İnsan haqları vəkili Li Baiguang «Röyter» agentliyinə son müsahibəsi zamanı bunları deyib:

«20 il ərzində hakimiyyət getdikcə daha güclü olub. Lakin adi vətəndaşın gücü artmayıb. Bu da onu göstərir ki, həmin vaxt biz nə qədər sədəlövh olmuşuq. İndi bu cür güclü hakimiyyət qarşısında biz necə demokratiya qura bilərik? Necə daxildə qanunin aliliyini təbliğ edə, insan haqlarını qoruya və hakimiyyəti qanunlara əməl etməyə məcbur edə bilərik?»

Bu il dissidentlər Tyananmen meydanında baş verənlərlə bağlı xarici dildə kitab çap etdirdilər. Onlar bunu öz səslərini dünyaya çatdırmaq məqsədilə ediblər. Bu kitabda Kommunist Partiyası lideri Jao Ziyanqın gizli xatirələri öz əksini tapıb. 2005-ci ildə vəfat etmiş Jao rejimin ölkədə demokratiyanı boğmasından danışır. O yazır ki, əgər ölkə müasirləşmək istəyirsə, təkcə bazar iqtisadiyyatını həyata keçirməklə kifayətlənməli deyil, həm də siyasi system kimi demokratiyanı qəbul etməlidir.

Burada belə bir sual meydana çıxır ki, çinli tələbələrin yeni nəsli Tyananmen haqqında bu yazıları oxuyanda buna qarşı çıxacaqlar, yoxsa razılaşacaqlar.

«TYANANMEN MEYDANINDA BAŞ VERƏNLƏRİ UNUTMAQ ÇƏTİNDİR»

«Vaşinqton Post»da dərc olunmuş «Tyananmen. Xatırlanmalı gün» adlı yazının müəllifi Den Souzerland yazır ki, iki il əvvəl ABŞ-da universitetə girmiş bir çinli tələbə ilə rastlaşarkən ona «mən 1989-cu il iyunun 4-ü Pekində idim» deyib. Həmin tələbə də ondan soruşub ki, siz nə haqqında danışırsız?

Pekin, 6 iyun 1989
«Mənə elə gəldi ki, o mənim Çin dilində danışığımı başa düşmədi. Amma yavaş-yavaş məlum oldu ki, onun iyunun 4-ü Çində baş verənlərdən xəbəri yoxdur. Mən əlbəttə ki, buna təəcüblənməməli idim. Tyananmen meydanında qoşunun silahsız əhaliyə atəş açmasından sonrakı 20 il ərzində Çin məmirları həmin faciədən qalan hər şeyi silməyə nail olublar. Bu haqda nə dərs kitablarında, nə də dövlət mediasında söz açılır. Lakin mənim üçün Tyananmen meydanında baş verənləri unutmaq çətindir.

Den Souzerland yazır ki, «The Post»un Pekin bürosunun rəhbəri kimi o, aprelin ortalarında başalayan tələbə nümayişini işıqlandırıb. Çin liderləri arasındakı müəmmalı mübarizədən yazıb. Çin dilində danışan amerikalı jurnalistlərdən ibarət kiçik komanda yaradıb:

«Mənim ən yaxşı xatırladığım peşəsindən asılı olmayaraq, çinlilərin qəflətən açıq fikirli olması idi. Onlar siyasi islahatlar, media azadlığı və məmur möhtəkirliyinə son qoymağa çağıran tələbə izdihamından ilhamlanmışdılar. Mənim Kommunist Partiyasının tərəfdarları kimi tanıdığım insanlar birdən-birə fikirlərində olanları açırdılar. Əvvələr susmağa üstünlük verənlər yollarda siyasi debatlar edirdilər».

QARA SİYAHIYA DÜŞMÜŞ BİR SIRA SAYTLAR BLOKLAŞDIRILIR

Mayın əvvəli Çin jurnalistləri Tyananmendə baş verənlərlə bağlı sərbəst yazmaq üçün ərizə verdilər. Ayın ortasında artıq miyondan çox səs toplanmışdı və onlar küçələrə çıxmışdılar. Bu jurnalistlərə aparıcı Çin qəzetləri, hətta Kommunist Partiyasından olan həmkarları da qatılmışdıar. Onların şüarları isə belə idi: «Bizi yalan deməyə məcbur etməyin!». Müəyyən müddətə jurnalistlərə belə imkan verildi. Lakin bu proses uzun çəkmədi və mayın 20-i buna son verildi.

Çinli gənclər dünyada ən çox internet saytlarına meylli olanlardandır. Lakin Çinin axtarış saytları, bloqlar və internet xidməti provayderləri süzgəcdən keçirilir və qara sıyahıya düşmüş bir sıra saytlar bloklaşdırılır.

Çinin senzurası çeşidlidir. Bəzən çox ağır tərpənir, bəzən də məharətlə. Elə də olur ki, bəzi mövzularda debatların aparılmasına imkan verir, bəzilərini də bağlayır. Tyananmen meydanında baş verənlərlə bağlı olduğu kimi.
XS
SM
MD
LG