Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 11:55

QHT-lər etiraza başladılar


Anar Məmmədli
«QHT-lər haqqında» qanuna təklif edilən dəyişikliklərə etiraz olaraq iyunun 11-də 50-yə yaxın qeyri-hökumət təşkilatı koalisiya yaradıb.

Koalisiya dəyişikliklərin parlamentdə müzakirəsinə qədər hər gün müxtəlif tədbirlər keçirməyi düşünür.

Seçki Monitorinqi və Demokratiyanın Tədrisi Təşkilatının rəhbəri Anar Məmmədli «Azadlıq» radiosuna deyib ki, tədbirlər planına Milli Məclisin qarşısında etiraz aksiyası keçirmək də daxildir.

Bu məsələ Azərbaycanda səfərdə olan ABŞ Dövlət katibinin yardımçısı Filip Qordonla QHT nümayəndələrinin görüşündə də müzakirə edilib. Cənab Qordon yeni düzəlişlərin mahiyyəti və onun QHT-lərin fəaliyyətinə necə təsir edəcəyi ilə maraqlanıb.

«QHT-lər haqqında» qanuna təklif edilən dəyişikliklər iyunun 19-da parlamentin növbədənkənar iclasında deputatların müzakirəsinə çıxarılacaq.

HƏMÇİNİN OXU:

Düzəlişlər olduğu kimi qəbul edilərsə…

«Əsas məqsəd QHT-ləri xarici donorların asılılığından qurtaqmaqdır»
XS
SM
MD
LG