Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:59

Bu necə axtarışdı ki, Mladiç qonaqlıq verir?


Ratko Mladiçin ev videolarını Serbiyanın hakimiyyət orqanları keçən ilin dekabrında ələ keçiriblər və həmin videolar iyunun 10-da Bosniya televiziyasında nümayiş olunub. Videolarda Mladiç tennis oynayır, öz evində onlarla qonaq qəbul edir, oynayır, mahnı oxuyur, qız nəvəsini qucaqlayır.

Keçmiş Yuqoslaviyadakı müharibə zamanı Bosniya Serb Ordusunun komandiri olmuş Mladiç 10 ildən çoxdur ki, beynəlxalq axtarışdadır. Onu 1992-95-ci illərdə Sarayevonun mühasirəsində və topa tutulmasında, eləcə də 1995-ci ildə Sarayevoda 7 min müsəlmanın qətliamında ittiham edirlər.

Videolardan belə nəticə çıxarmaq olar ki, axtarışa verilməsindən keçən 14 ilin azı bir hissəsini general heç də gizlənərək keçirməyib, həmin dövr ərzində nə qiyafəsini dəyişib, nə də zirzəmilərdə yaşayıb.

Mladiçin qonaqliqda bir qadınla rəqs etdiyini göstərən video

Bəzi videoların üstündə tarix göstərilib və onların hamısı 1995-ci ildən sonra, yəni Mladiçin müharibə cinayətlərində ittiham olunmasından sonra Serbiyada və Bosniyada çəkilib.

Bosniya televiziyası güman edir ki, Mladiçin qar üstündə gəzdiyi bir video keçən il çəkilə bilərdi.

Amma Serbiya hökumətinin sözçüsü Rasim Lyayiç BBC-yə deyib ki, videoların 2008-ci ildə çəkilməsi mümkün deyil. O iddia edir ki, videoların azı 8 “yaşı” var. Sözçü deyib ki, həmin videoları ələ keçirəndən sonra surətini Haaqa tribunalına da təqdim ediblər.

Xorvatiya mətbuatı isə yazır ki, Mladiçin Belqrad kənarında rahat yaşaması onun keçmiş cangüdəninin iyunun 11-də Serbiya məhkəməsinə dediklərini təsdiqləyir.

Asoşieytid Press-in məlumatına görə, keçmiş cangüdən Branislav Puhalo deyib ki, Mladiçi Serbiya hökuməti himayə edib, keçmiş Serbiya prezidenti Miloşeviçin 1997-ci ildə verdiyi əmrlə Mladiçi qorumaq üçün 50 nəfərlik silahlı dəstə yaradıb.

Puhalo bildirib ki, 2001-ci ilə qədər onlar Belqradda sərbəst şəkildə restorana, futbola da gediblər.

Müsəlman qadın Mladiçin yeni videolarına baxır. Sarayevo, 11 iyun 2009

SerbiyanIn indiki rəhbərliyi deyir ki, onlar Mladiçin harada olduğunu bilmirlər, son araşdırma onun 2006-cı ildə Belqradın yeni hissəsində müxtəlif mənzillərdə gizləndiyini ortaya çıxarıb.

Serbiya hökuməti Mladiçin həbsinə yol açan informasiyaya görə 1 milyon avro mükafat vəd edib, Amerika isə 5 milyon dollar.

Haaqadakı Beynəlxalq Tribunalın sözçüsü deyib ki, həmin videolar onlarda da var.

XS
SM
MD
LG