Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 20:45

İranın dini lideri seçki pozuntularını araşdırmaq göstərişi verdi


Son iki gündə Tehranda və başqa iri şəhərlərdəseçkinin nəticələrinə etiraz edənlərlə polis arasında toqquşmalar olub
Son iki gündə Tehranda və başqa iri şəhərlərdəseçkinin nəticələrinə etiraz edənlərlə polis arasında toqquşmalar olub
Iranın dini lideri Ayətullah Əli Xamaneyi prezident seçkilərində baş verdiyi iddia olunan pozuntuları araşdırmaqla bağlı göstəriş verib. İranın dövlət televiziyasının yaydığı xəbərə görə, Ayətullah Əli Xamaneyi seçkidə məğlub olan prezidentliyə namizəd Mirhüseyn Musəviyə məsləhət görür ki, seçki pozuntularıyla bağlı iddialarının araşdırılmasına soyuqqanlı və qanuni yollarla nail olsun.

Cümə günü keçirilən seçkilərdən sonrakı 2 gün ərzində Mahmud Əhmədinejatın qələbəsinin élan olunmasının ardından Tehranda və başqa şəhərlərdə iğtişaşlar olub.

Etirazçılar diktatora ölüm və başqa şüarlar səsləndirib, polislə qarşıdurmaya giriblər, bir sıra yerlərdə zibil yeşikləri və polis motosikletləri də yandırılıb. Avropa Birliyi, ABŞ və başqa ölkələrin rəsmiləri İranda baş verənlərdən narahatlıqlarını bəyan ediblər.

Avropa Birliyinin Genişlənmə komissarı Benito Ferrero Valdner:

"Ümid edirəm ki, İran rəsmiləri pozuntularla bağlı bütün iddiaları həqiqətən də ciddi araşdıracaqlar. Ən azından bu qeyd eləməliyəm. Həmçinin əlavə eləməliyəm ki, etirazlarını bildirən, dinc yolla bildirən bütün İran vətəndaşlarıma rəğbətimi ifadə eləməliyəm. Ümid eləyirəm ki təhlükəslzik qüvvələri də bu halda güc tətbiq eləməkdən çəkinəcəklər."

İranın Daxili İşlər Nazirliyi isə Musəvinin tərəfdarlarının bu günə planlaşdırdığı mitinqinə icazə verməyib və aksiyaya cəhd olunarsa, dağıdılacağını bəyan edib.

Bu arada, İran Prezidenti Mahmud Əhmədinejat bu gün Rusiyada başlanan Şanxay Təhlükəsizlik Təşkilatının sammitinə qatılmayıb. Əhmədinejatın Rusiya prezidenti Dmitri Medvedevlə görüşü də nəzərdə tutulurdu.
XS
SM
MD
LG