Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 10:44

Amerika səfiri QHT-lər haqda yeni layihədən narahatlığını bildirir


QHT-lər haqqında qanuna təklif edilən əlavə və dəyişikliklərlə bağlı ABŞ-ın Azərbaycandakı səfiri Ənn Dersi iyunun 16-da bəyanatla çıxış edib.

Onun imzaladığı bəyanatda, QHT-lər haqqında qanuna dəyişikliklərin edilməsi ilə əlaqədar Milli Məclis tərəfindən atılan addımların yaxından izlənildiyi bildirilir.

Qeyd olunur ki, məsələ ilə əlaqədar "Azərbaycanın vətəndaş cəmiyyətinin və ölkədəki beynəlxalq tərəfdaşlarımızın dəfələrlə səsləndirdiyi narahatçılığı biz də bölüşürük".

Bəyanatda deyilir ki, QHT-lər demokratik inkişafa töhvə verən əsas amildir və müasir demokratik cəmiyyətinin tərkib hissəsidir. Səfir
hesab edir ki, bu dəyişikliklər təsvir olunmuş kimi qəbul olunsa beynəlxalq standartlara zidd olacaq, söz və təşkilatlanma azadlığına əlavə məhdudiyyətlər tətbiq etmiş olacaq və Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafını əngəlləmiş olacaq.

Bəyanatda qeyd edilir ki, dəyişiklikləri qəbul edənə qədər Azərbaycandakı vətəndaş cəmiyyətinin nümayəndələri tərəfindən irəli sürülən təkliflər və Avropa Şurasının Venesiya Komissiyası ilə aparılan məsləhətləşmələr də nəzərə alınmalıdır. ABŞ səfirliyi bu məsələ üzrə geniş və açıq müzakirələrin keçirilməsinə çağırır.

Səfir hesab edir ki, belə olarsa bu, vətəndaş cəmiyyətinin və vətəndaşların QHT-ləri təsis etmək və onların işində iştirak etmək hüququna
məhdudiyyətin tətbiq olunmamasını təmin edəcək.
XS
SM
MD
LG