Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 11:22

«Azərbaycan parlamenti QHT qanununa dəyişiklikləri qəbul etməsin»


Azərbaycan 2009-cu ilin Dünyada Azadlıq və Mətbuat Azadlığı hesabatlarında Qeyri-Azad qiymətini alıb
Azərbaycan 2009-cu ilin Dünyada Azadlıq və Mətbuat Azadlığı hesabatlarında Qeyri-Azad qiymətini alıb
Azərbaycan parlamenti yerli və xarici qeyri-hökumət təşkilatlarının fəaliyyətini ciddi məhdudlaşdıracaq qanun layihəsini qəbul etməsin. ABŞ-da yerləşən beynəlxalq insan haqları təşkilatı – «Freedom House» iyunun 16-da yaydığı bəyanatda belə deyir:

«Konstitusiyanın sərbəst toplaşma azadlığına təminat verməsinə baxmayaraq, qanun layihəsində tələb olunur ki, Azərbaycandakı bütün QHT-lər dövlət qeydiyyatından keçsin, qeydiyyatsız qrup adından danışan ya işləyən istənilən şəxs cərimə olunsun. Qanun layihəsi hökumətin QHT-ləri qeydiyyata almamaq səlahiyyətini də genişləndirir».

«Qanun layihəsi qəbul olunarsa, Azərbaycan QHT-lərinin aldığı beynəlxalq maliyyə məhdudlaşacaq, hökumətdən başqa əhəmiyyətli maliyyə mənbəyi olmayan ölkədə bu, ciddi maneəyə çevriləcək. Dəyişikliklərə görə, əsasən hökumətlərin maliyyələşdirdiyi xarici QHT-lər qeydiyyata alınmaya bilər, Azərbaycanın qanuni sakinləri olmayan xaricilər QHT sahibi ola bilməzlər».

«Freedom House» son bir neçə ildə Azərbaycanda azadlığın geriləməsindən və hakimiyyətin güclənməsindən qorxmağa başlayıb. Bu yeni QHT qanunu layihəsi Azərbaycanda demokratik təsisatları bir az da boğmaqla hədələyir»-, bunu «Freedom House»un icraçı direktoru Cenifer Vindzor deyir.

Təşkilatın son üç ili əhatə edən Dünyada Azadlıq hesabatlarında Azərbaycanın mövqeyi geriləyir. Səbəblər - hökumətin medianı getdikcə daha çox boğması, Prezident İlham Əliyev və hakim YAP-ın hakimiyyəti monopoliyaya almaq cəhdləridir. 2008-ci il prezident seçkiləri saxtalaşdırılıb, daha sonra prezident seçilmə müddətinə qoyulan limit ləğv olunub.

«Qanun layihəsi hazırlanarkən mülki cəmiyyətlə məsləhətləşməmək Azərbaycan hökumətinə xas cəhətdir, ancaq parlament sənədi indiki formada qəbul etməməlidir. Biz hökuməti çağırırıq ki, mülki cəmiyyətlə açıq məsləhətləşmələr aparsın, elə bir qanun layihəsi hazırlansın ki, mülki cəmiyyətin ölkənin inkişafı və demokratikləşməsində iştirakına imkan versin, daha onlara məhdudiyyətlər qoymasın»-, bunu isə təşkilatın Orta Asiya və Qafqaz üzə baş proqram meneceri Ceff Qoldsteyn deyir.

Azərbaycan 2009-cu ilin Dünyada Azadlıq və Mətbuat Azadlığı hesabatlarında Qeyri-Azad qiymətini alıb.
XS
SM
MD
LG