Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 15:27

İran hadisələrinin xronologiyası


Tehranda müxalifətin aksiyası, iyun 2009
Tehranda müxalifətin aksiyası, iyun 2009
İRANDA 12 İYUN PREZİDENT SEÇKİLƏRİNDƏN SONRA BAŞ VERƏN HADİSƏLƏRİN TARİXİ ARDICILLIĞI

13 iyun - Əhmədinejadın 63 faiz səslə rəsmi olaraq prezident seçkilərində qalib gəldiyi elan olundu. Mirhüsüyn Musəvinin 34 faiz, səs yığdığı deyilir.
İrandan son xəbərlər
Minlərlə nümayişçi polislə toqquşur.

14 iyun - Mirhüsüyn Musəvi Keşikçilər Şurasına seçkinin nəticələrini ləğv etmək üçün müraciət edir.

15 iyun - Dövlət mediasının verdiyi məlumata görə Musəvi tərəfdarlarının Tehranda keçirdikləri yürüş zamanı 7 nəfər həlak olur. Təbriz, Zahedan və Rəşt şəhərlərində də nümayişlər keçirilir.

16 iyun - aparıcı islahatçı, keçmiş vitse-prezident Məhəmməd Əli Abtahinin ofisindən verilən məlumata görə o, həbs olunub.

Keşikçilər Şurası deyir ki, seçki bülletenlərini qismən saymağa hazırdır. Lakin seçkinin ləğvini rədd edir.

Tehranın şimalında minlərlə Musəvi tərəfdarları yürüş keçirirlər. Şəhərin mərkəzinə isə minlərlə Əhmədinejad tərəfdarları toplaşır.

Hakimiyyət xarici jurnalistlərə nümayiş baş verən yerdən reportaj hazırlamağı qadağan edir.

17 iyun - Tehranın mərkəzində minlərlə adam yürüş keçirir.

«Mehr» xəbər agentliyi deyir ki, kabinet görüşündə Əhmədinejad səslərin qanuniliyini müdafiə edir.

18 iyun - Musəvi tərəfdarları yürüş keçirərək nümayişdə həlak olanlara matəm edirlər.

Keşikçilər Şurasının sözçüsü deyir ki, seçki zamanı daxil olan 646 şikayətə baxır.

İranın ingilis dilli televiziya kanalı 5 gün ərzində 8 nəfərin öldürüldüyünü xəbər verir.

19 iyun - Ali dini lider Ayatolla Əli Xamanei deyir ki, əgər yürüşlər davam edərsə, nümayişçilər qan axıdılmasına görə məsuliyyət daşıyacaqlar. Onun sözlərinə görə Əhmədinejad 11 milyon insanın səsi ilə ədalətlə qalib gəlib.

20 iyun - Keşikçilər Şurası deyir ki, səslərin 10 faizini yenindən saymağa hazırdır.

Polis Tehran küçələrində nümayiş keçirən insanları dağıtmaq üçün gözyaşardıcı qaz, su vuran qurğu və dəyənəklərdən istifadə edir.

İntiharçı terrorçu İran inqilabının banisi Ayatolla Ruhollah Xomeneinin Tehrandakı məzarı qarşısında özünü partladır. Bu haqda İranın «Mehr» agentliyi xəbər verir.

Dövlət kanalı deyir ki, Tehranda toqquşmalarda 450 adam saxlanıb, 10 nəfər isə ölüb. Ölənlər arasında nişanlısının dediyinə görə təsadüfən nümayişçilər arasına düşən Neda Ağa Soltan da var. Onun ölüm səhnəsi internet vasitəsilə bütün dünyaya yayılır.

21 iyun - Musəvi nümayişçiləri etirazı davam etdirməyə çağırır.

Əhmədinejad ABŞ və Britaniyanı ölkəsinin daxili işlərinə qarışmaqda ittiham edir.

22 iyun - İnqilab Keşikçiləri bəyanat yazaraq bildirirlər ki, onlar qanunu pozanlara qarşı tədbir görəcəklər. Bundan bir neçə saat sonra polis Tehranda nümayişi dağıdır.

23 iyun - Keşikçilər Şurası növbəti dəfə seçkinin nəticələrini ləğv etməkdən boyun qaçırır və deyir ki, elə bir qanun pozuntusu olmayıb. Lakin Xamenei namizədlərin şikayət edə bilməsi üçün olan vaxta əlavə 5 gün də artırılması xahişini qəbul edir.

Polis və bəsic qüvvələri Tehranın əsas meydanlarında nümayişləri dağıdırlar.

Barak Obama İranda baş verənlərdən narahat olduğunu bildirir.

İran iki Britaniya diplomatını ölkədən çıxardıqdan sonra Britaniya da iki İran diplomatını geri göndərir.

24 iyun - İran növbəti nümayişin qarşısını almağa çalışır.

Kerman əyalətinin polisi deyir ki, ayın 15-i 137 nümayişçini həbs edilib. Bu haqda İRNA agentliyi məlumat verir

(Reuters agentliyi)
XS
SM
MD
LG