Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 16:03

Rusiyanın Qafqazdakı manevrləri


Rus ordusunun Gürcüstanda nəzarət məntəqəsi, 9 sentyabr 2008
Rus ordusunun Gürcüstanda nəzarət məntəqəsi, 9 sentyabr 2008
Hərbi vertolyotlar növbəti dəfə Gürcüstanın dağlıq ərazisində dövrə vurdular. Atəş altında olan əsgərlər döyüş meydanında öz yoldaşlarını xilas etməyə qaçırdılar. Lakin bu ötən il Rusiya ilə olan müharibənin təkrarı deyildi. Bu təlim məşqləri idi-bu dəfə yardımı NATO göndərmişdi.

Bir ay çəkən və iyunun 3-ü başa çatan məşqlərdə 14 ölkədən min əsgər iştirak edirdi. Bu məşqlər Cənubi Osetiya ilə sərhəd ərazilərdə aparılmışdı. Rusiya hökuməti bunu təxribat adlandırmışdı.

«Vaşinqton Post»da dərc edilmiş Sara Markusun «Rusiyanın Qafqazdakı manevrləri regionda qeyri-müəyyənliyi göstərir» adlı yazısında belə deyilir.

Yazıda deyilir ki, indi də Kreml öz strateji manevrlərini Qafqazda yerləşdirməyə hazırlaşır. Rusiya generalı Nikolay Makarov deyib ki, geniş miqyaslı təlimlər keçiriləcək. Rusiya dövlət mediasının yazdığına görə Makarov özü «Qafqaz-2009» adlanan hazırlıqlara nəzarət edəcək. Hazırlıqların artıq başlanacağı və iyulun 16-ı başa çatacağı gözlənir. Həmin tarixdə ABŞ prezidentinin də Rusiyaya səfəri gözlənilir.

Müharibə oyunun bu cür iki tərəfli qoyuluşu regionda növbəti zorakılıq ola biləcəyinə eyham vurur. Ərazidən iki monitorinq missiyası çıxdıqdan sonra Rusiyanın məşqləri davam edəcək və rus qüvvələri Gürcüstan torpaqlarını işğal etməkdə davam edəcəklər.

ATƏT-in müşahidə qrupu Gürcüstanı ayın axırı tərk edəcək. Rusiya BMT missiyasının Cənubi Osetiya və Abxaziyada qalmasına da veto qoydu. Avropa Bitliyindən olan missiya Gürcüstanda qalır. Lakin onlara Abxaziaya və Cənubi Osetiyaya girişə icazə verilmir. Rusiya ötən il avqustunda Gürcüstanla olan müharibədən sonra bu regionların müstəqilliyini tanıyıb.

Moskvada yaşayan hərbi analitik Pavel Felqenqaver deyir ki, Moskva Gürcüstandan keçən koridor vasitəsilə Ermənistanda yerləşən hərbi bazalarına çıxış üçün növbəti müharibəyə hazırlaşa bilər. «Bu cür məşqlər ənənəvi olaraq qoşunu müharibə hazırlayanda aparılır. Onlar asanlıqla qoşunun yerini dəyişə bilərlər».

Gürcüstan hökuməti Rusiyanın bu cür məşqlərinə şərh verməyib. Lakin müdafiə naziri Vasil Sixarulidze bu ayın əvvəli Vaşinqtona uçub Odama administrasiyanı Gürcüstanla hərbi əməkdaşlığı gücləndirmək üçün dilə tutmağa çalışırdı. O «Associeted Press»ə müsahibəsində demişdi ki, Rusiya qoşunları keçən illə müqayisədə müharibəyə daha yaxşı hazırlaşıblar. O, əlavə edib ki, Gürcüstan öz hərbi qüvvələrini müasirləşdirmək üçün ABŞ-la çalışıb. Lakin onun sözlərinə görə, Gürcüstan ordusu Rusiya təcavüzü ilə mübarizə aparmaq üçün məşq edir.

Nazir bildirib ki, ordu yanvar ayında yeni məşqlər dövriyyəsinə başlayıb. Lakin ABŞ Gürcüstana gərək olan tank və hava zərbələrinə qarşı təchizatla təmin etməyib.

Rusiya rəsmiləri isə iddia edirlər ki, Gürcüstan artıq yaxşı silahlanıb. Onlar buna göz yumduqlarına görə Avropa Birliyi monitorinq qrupunu ittiham edirdilər. Rusiya Gürcüstanı da güc istifadə edərək əraziləri işğal etməkdə ittiham edir.

Rusiya müdafiə nazirliyinin verdiyi məlumat görə, başlanacaq məşqlərdə 8 500 nəfərlik qoşun iştirak edəcək. Lakin Makarov və başqaları daha böyük manevr təklif edirlər.

NATO bildirir ki, alyansın sülhməramlı məşqləri ötən ilin müharibəsindən əvvəl planlaşdırılmışdı və Rusiyanı hədəfə almayıb.

Rusiya deyir ki, o Gürcüstana gürcülər Cənubi Osetiyaya hücum edəndən sonra hücum ediblər. Erməni Milli və Beynəlxalq Elmlər Mərkəzinin direktoru Riçard Qiraqosyan deyir ki, ABŞ-ın Gürcüstana qarşı siyasəti dəyişib. Onun sözlərinə görə Pentaqonun Gürcüstan ordusu ilə işləməsi məhdud çərçivədə müdafiə məşqləri ilə təmin etmə xarakteri daşıyır.

Kolumbiya Universitetinin alimi, Gürcüstanı öyrənən Linkoln Mitçel deyir ki, Gürcüstan daxilində baş verənlərə görə, Obama administrasiyası bu ölkəyə yardım etməyə həvəssiz ola bilər.

«Vaşinqton Post»da dərc edilmiş Sara Markusun «Rusiyanın Qafqazdakı manevrləri regionda qeyri-müəyyənliyi göstərir» adlı yazısında belə deyilir.
XS
SM
MD
LG