Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:01

Qriplərlə idarə olunan bəşəriyyət


A\H1N1 virusunun pademik zonalarının xəritəsi, Ümumdünya Səhiyyə Təşkilatı. 10 iyul 2009
A\H1N1 virusunun pademik zonalarının xəritəsi, Ümumdünya Səhiyyə Təşkilatı. 10 iyul 2009
Təhlükə insanları birləşdirir, amma eyni zamanda qorxu altında saxlayır. Qorxu altında olmaq isə bir o qədər də cəlbedici məşğuliyyət deyil. Üstəlik təhlükənin özünün də təbiəti müxtəlif olur. Bəşəriyyətə qarşı təhlükə, vətənə qarşı təhlükə, hansısa fərdə qarşı təhlükə, bəşəriyyətə qarşı təhlükə, yer üzündəki ekosistemə qarşı təhlükə və s. Bunların hər biri mümkündür və onlara qarşı etinasızlıq göstərmək qətiyyən düzgün deyil. Burada söhbət
onların miqyasından və nə qədər real olmasından söhbət gedə bilər.

Məsələn, 2001-ci ilin sentyabr olayı hamını sarsıtdı, çünki bu hadisənin başqa təsirləri də ola bilərdi. Mübaliğəsiz demək olar ki, həmin hadisələr zamanı cibində bir dollar olan hər bir insan narahat anlar yaşadı. Bunun həm də böyük və arzuolunmaz geosiyasi nəticələri də ola bilərdi...

2001-ci ilin olayları terrorizm kimi təhlükələrə qarşı birləşməyə sövq etdi və bu proses indi də davam edir. Amma sanki terrorizm azlıq etdi və yeni təhlükələr yarandı. Quş qripi adlandı, indi də növbədə donuz qripidir...

Bioloji təhlükələrdən söhbət düşəndə insanlar həmişə bir sual verirlər. Həmin sual da budur ki, bəs əvvəllər bu xəstəliklər yox idi, onlar indi niyə təzahür edirlər!? Güman ki, onlar həmişə olub və iddia etmək ki, bunların hamısı insanların müasir biotexnogen fəaliyyətinin nəticəsində yaranıb, bu bir qədər tələskənlik olardı. Onların son illərdə peyda olmasının isə iki səbəbi var. Birincisi, əsas səbəb təbabətin inkişafı ilə bağlıdır. Ola bilsin, bu virusları əvvəllər qeydə almaq mümkün olmayıb. İkinci səbəb isə müxtəlif rejimlərdə bu hadisələrə münasibətin özünün bəzi özəllikləri ilə əlaqəlidir. Məsələn, keçmiş sovetlər birliyində bəzi hadisələr gizli saxlanırdı.

Məsələn, indi təyyarələrlə bağlı hadisələri eşidənlər istər-istəməz yazının əvvəlindəki sualı verirlər. Amma sovetlər birliyi vaxtında da qəzalar olurdu, sadəcə bununla bağlı informasiyalar gizlədilirdi.

Digər problem isə bu cür hadisələrə qarşı münasibətin bir çox hallarda adekvat olmamasıdır. Burada ABŞ-ın okean sahillərində tez-tez böyük fəlakətlərin yaşanmasından, özü də panikasız yaşanmasından söhbət açmamaq olmur. Böyük fəlakətlərə baxmayaraq insanların yenə də öz yaşayış yerlərini tərk etməməsini qeyd etməmək düzgün olmazdı. Bəs bunun səbəbi nədir?

Yapon yazıçısı K. Abenin «Qumsallıqda qadın» adlı məşhur romanı var. Bu əsərdə söhbət özünü nəyəsə məsul etməkdən gedir. Məsuliyyəti başqalarının çiyninə yükləməyin faydasızlığı bildirilir... Əsl həyat fəlsəfəsi də elə budur...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG