Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:11

Şəki camaatı niyə azansız qaldı?


Şəki şəhəri
Şəki şəhəri
Şəki əhli azan səsinə həsrət qalıb. Bu narahatlığını AzadlıqRadiosuna Şəkinin yerli sakinləri bildirib.

Şəkidəki Ömər Əfəndi məscidindən isə deyirlər ki, azanın mikrofonsuz səsləndirilməsi barədə qərar şəhər icra hakimiyyətindən gəlib. Daha doğrusu, məscid rəhbərliyinə bundan sonra azanın məscid minarəsindən mikrofonsuz verilməsi tapşırılıb.

Səbəb heç məsciddə işləyənlərə də bəlli deyil. «Tapşırıq İcra Hakimiyyətindəndir, məscidin başçısı indi Bakıda qurultaydadır, azan məsələsi də həll olunmalıdır» məsciddən bildirilib.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Hacı Mirzə Əziz faktı təsdiqlədi, göstərişin idarə tərəfindən verildiyini dedi, lakin səbəblər barədə danışmaq istəmədi.
XS
SM
MD
LG